2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Erdoganın Kiprlə bağlı bəyanatı beynəlxalq narazılığa səbəb oldu

Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib ki,Kiprlə bağlı sülh danışıqları yalnız bu adadakı 2 dövlət əsasında aparıla bilər.

Reütersin məlumatına görə, o bunu, iyulun 20-də Kiprin türklər yaşayan şimal hissəsinə səfəri zamanı deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Türkiyə 1974-cü il iyulun 20-də Kiprə ordu yeritdikdən sonra ada ikiyə bölünüb.

Adanın cənubundakı Kipr respublikasını beynəlxalq aləm tərəfindən tanınır və Avropa Birliyinin üzvüdür.

Adanın türklər yaşayan şimal hissəsini “Şimali Kipr Türk Respublikası”nı isə yalnız Türkiyə tanışır.

Müstəqilliyini elan etmiş Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar iyulun 20-də Nikosiyanın tür hissəsində keçirilmiş hərbi paradda deyib ki, Varoşa qəsəbəsinin bir hissəsi hərsizləşdiriləcək və vaxtilə orda yaşamış və mülkiyyət hüququ olan yunanlar geri dönə bilərlər.

Racep Tayyip Erdoganın Kiprlə bağlı bəyanatları və beynəlxalq aləm tərəfindən tanınmayan “Şimali Kipr Türk Respublikası”ı rəhbərliyinin Varoşa şəhərinin bir hissəsini açmaq istəməsi beynəlxalq aləmin narazılığına səbəb olub.

ABŞ, Böyük Britaniya, Fransa və Avropa Birliyi bəyanat yayaraq baş verənləri pisləyiblər.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov da Yunanıstanlı həmkarı Никос Khristodulides-lə telefon söhbəti zamanı Kiprlə bağlı BMT təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməsinin vacibliyini bildirib.

BMT-nin təhlükəsizlik şurası iyulun 21-də Kipr məsələsini müzakirə edəcək.

BMT-nin 1984 və 1992-ci il qətnamələrinə əsasən neytral zonada yerləşən Varoşa toxunulmaz olmalı və beynəlxalq sülhməramlı qüvvələrin müşaiyəti ilə vaxtilə orda yaşayan yunanlar geri dönməlidir.

24 saat” “Erdoganın Kiprlə bağlı bəyanatı beynəlxalq narazılığa səbəb oldu” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button