2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Erkən kainatda ilk ulduzlar ilə qalaktikaların formalaşmaları prosesinin nə zaman yekunlaşdığı məlum olub

    Alman alimlər təyin ediblər ki, ilk ulduzlar ilə qalaktikaların formalaşmaları prosesi əvvəllər düşünüldündən 200 milyon il daha gec başa çatıb. Alimlər bu prosesi adətən “kosmik sübh” adlandırırlar. Kosmik sübh dedikdə erkən kainat tarixindəki ilk ulduzların alışdıqları və işığın kosmik məkanda yayıldığı dövr nəzərdə tutulur. Bu dövr erkən kainat tarixindəki “qaranlıq dövrlər” adlı zaman aralığından sonra baş verib. İlk ulduzlar həddindən böyük kütləyə sahib olublar və daimi olaraq partladıqları üçün onların mövcud olma dövrləri çox qısa olub. Alimlər düşünürlər ki, kosmik sübh dövrü Böyük partlayışdan 250-350 milyon il sonra start götürüb. Bu dövr ərzində təkcə ilk ulduzlar deyil həmçinin ilk qalaktikalar da formalaşıblar, ulduzların işıqları isə kainatda yayılmağa başlamış hidrogeni yenidən ionlaşdırmağa başlamışdılar.

Saytların yığılması Saytlarin yigilmasi

    Aparılmış yeni araşdırmanın əsas nəticələrindən biri də odur ki, ilk ulduzlar ilə qalaktikalar bizə daha yaxın məsafədə yerləşmiş ola bilərlər. Bu isə onların müşahidələrini daha rahat şəkildə reallaşdırmağa imkan verir. Alimlər ümid edirlər ki, çalışmağa hazır olan yeni James Webb kosmik teleskopu həmin ilk ulduzlar ilə qalaktikaları müşahidə edə biləcək. Belə ki, sözügedən teleskopun əsas məqsədi kainatın erkən mərhələlərinə nəzər yetirməkdir. Qeyd etmək lazımdır ki, James Webb tərəfindən əldə ediləcək ilk fotolar artıq 12 iyul tarixində təqdim ediləcək. Hal hazırda qalaktikalararası məkanı əhatə edən hidrogen qazı tamamilə ionlaşıb. Lakin erkən kainat tarixində yenidən ionlaşma dövrünün nə zaman yekunlaşması məsələsini alimlər böyük aktivliklə müzakirə etməyə davam edirdilər.

    Kosmik sübh dövrünü əhatə edən zaman göstəriciləri ilə bağlı yeni məlumatları əldə etmək üçün Sarah Bosman öz həmkarları ilə birlikdə 67 ədəd kvazarın işığından istifadə edib. Yeni qalaktikaların ən parlaq və aktiv nüvələri olan bu kvazarlar super kütləli qara dəliklər hesabına qidalanırlar və çox uzaq məsafədə yerləşirlər. Alimlər təyin ediblər ki, məhz həmin kvazarlar Böyük partlayışdan 1 milyard il sonra formalaşıblar. Sözügedən kvazarların işıqlarını analiz edən zaman alimlər həmin işıqların neytral hidrogendən keçərək qalaktikalararası məkanda ionlaşmış hidrogenlə qarşılaşdıqları zamanı təyin ediblər. Beləliklə alimlər kosmik sübh dövrünün yekunlaşması üzrə yeni zamanı hesablaya biliblər. Yekun nəticəyə əsasən kosmik sübh dövrü Böyük partlayışdan 1.1 milyard il sonra yekunlaşıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button