2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Erkin Qədirli: “Çox qəzəbliyəm, odur ki, məni danışdırmayın”

24saat.org Respublikaçı Alternativ Hərəkatının funksioneri, tanınmış hüquqşünas Erkin Qədirli ilə müsahibəni təqdim edir.

– REAL sədri İlqar Məmmədov həbsdədir. Onunla təmasınız var?

– Heç bir görüş yoxdur. Biz sonuncu dəfə İlqar Məmmədovla 2014-cü ilin oktyabrında görüşə bilmişik. Bizə görüş vermirlər.

Saytların yığılması Saytlarin yigilmasi

– Səbəb nədir?

– Heç bir səbəb yoxdur, sadəcə olaraq görüş vermirlər.

– Bu qanuni addımdır?

– Yox. Burada qanuni bir şey yoxdur.

– İlqar Məmmədovun ailə üzvləri onunla görüşə bilirmi?

– Bəli, ailə üzvləri görüşə bilir. Bu məsələdə problem yoxdur. Vəkilləri də görüşür. Sadəcə olaraq bizə görüş vermirlər.

– İlqar Məmmədovun məhbus kimi evinə və ya istədiyi şəxsə zəng etmək imkanı var. Zəng edib sizinlə söhbət etmir?

– Bəli, belə bir imkanı var. Adətən evinə zəng edir. Bizə birbaşa zəng etmir. Yoldaşına telefon açır, əgər sözü olursa bizə çatdırır. Eləcə də vəkil vasitəsilə bizimlə təmas qura bilir. Ancaq dediyim kimi birbaşa təmas və ya görüşlərimiz olmur. Bizə sadəcə olaraq görüşə imkan verilmir.

– İlqar Məmmədovun vəziyyətini necə qiymətləndirirsiniz?

– Biabırçılıqdır. Heç bir siyasi məhbus 4 il müddətinə həbsdə yatmayıb. Düzdür, çoxlarını həbs ediblər, ancaq 2-3 il həbsdə saxladıqdan sonra buraxıblar. İlqar Məmmədovu isə 4 ildir ki, həbsdə saxlayırlar. Buna görə də, biabır olublar, təmiz rəzalət var, hər yerdən tənqidlər gəlir. Üstəlik indiyə qədər Avropa Məhkəməsində işi uduzublar, qərarlar çıxıb. Mən bilmirəm bunlar nə düşünür. Əslində bu mövzuda mən çox qəzəbliyəm, odur ki, məni danışdırmayın.

– Yaxın günlərdə İlqar Məmmədovun Ali Məhkəmədə prosesi keçirilməlidir. Prosesin dəqiq vaxtı müəyyən edilib?

– Bəli, səhv etmirəmsə noyabrın 18-də keçiriləcək.

– Hansı gözləntiləriniz var, bəziləri deyirlər ki, Ali Məhkəmə Məmmədovu azadlığa buraxa bilər…

– Mən şəxsən heç nə gözləmirəm. Ancaq sizə deyim ki, İlqar Məmmədovu hər il 2-3 dəfə “azadlığa” buraxırlar. Novruz Bayramında buraxırlar, yeni ildə buraxırlar, qurban bayramında buraxırlar. İldə 2-3 dəfə İlqar Məmmədovu həbsdən buraxırlar. Amma özü həbsdən çıxmaq istəmir, oturub həbsxanada. Onu buraxmaq istəyirlər, o çıxmaq istəmir.

– Ancaq bu yaxınlarda onunla bağlı Avropa Şurasında və Nazirlər Komitəsində ciddi müzakirələr olmuşdu…

– Hə, belə müzakirələr olur. Hələ dekabrın 6-da biri də olacaq. Mən İlqar Məmmədovun məsələsində hüquqi bir şey görmürəm. Adamı 4 ildir həbsdə saxlayırlar və həm də qanunsuz və ədalətsiz. Bunun hüquqla yaxından və uzaqdan bir əlaqəsi yoxdur.

– REAL-ın durumu necədir, fəaliyyətiniz, partiyalaşma istiqamətində iş görülürmü?

– REAL-ın durumu əladır. İlqar Məmmədov həbsdən çıxsa daha əla olacaq. Partiyalaşma ilə bağlı da işlər gedir.

– İndi həm də Yaxın Şərq alovlu bir mərhələdədir. ABŞ-ın yeni prezidenti Suriyadan çəkilsə nələr baş verəcək, yeni ABŞ hakimiyyətin Yaxın Şərq siyasəti nədən ibarət olacaq?

– Əslində Yaxın Şərqin özü dəyişmir deyə, Yaxın Şərqlə bağlı kənar ölkələrin də siyasəti dəyişmir. Məsələnin mahiyyətində bu durur. Yaxın Şərqin tarixi və taleyi belə gətirib. Onlar heç vaxt özlərini idarə edə bilməyib. Yaxın Şərqdə barış və sülh tarixən hansısa imperiya daxilində olub. Lap qədimlərə getsək Sasanilər, Əhmənilər, Roma, Bizans, Xilafət və Osmanlı dönəmlərində Yaxın Şərqdə barış olub. Sonra bu imperiyalar çəkildikdə bölgədə daima qırğınlar baş verib. Bu bölgənin tarixi belədir. Odur ki, indi bu bölgə ilə bağlı heç kəs qəti bir şey edə bilmir. Üstəlik imperiyalar dövrü də artıq bitib.
Ancaq Tramp Suriya ilə bağlı söylədiklərini həyata keçirmək istəsə bu müəyyən problemlər yaradacaq. Tramp Suriyadan çəkiləcəyini, Bəşər Əsədin müxalifətinə dəstək verməyəcəyini elan etmişdi. Belə baxanda bir tərəfdən anlaşılmır ki, Suriyada kim-kimə qarşı vuruşur. Çünki orada çeşidli qüvvələr var və bir-birinə qarşı savaş aparır. Əslində isə məzhəb davası gedir. Bəşər Əsəd və çevrəsi ələvilərdən ibarətdir, yerdə qalanlar isə sünilərdir. Ələvilərdə bilir ki, Bəşər Əsəd hakimiyyətdən getsə onların hamısını qıracaqlar. Bu səbəbdən də, ciddi müqavimət ortaya qoyurlar. Normalda ABŞ Suriyadan çəkilərsə bir boşluq yaranacaq. Yaranan boşluğu isə Türkiyə doldurmalı olacaq. Yəni belə olacağı təqdirdə Türkiyə Suriyaya daxil olacaq. Onsuz da, Türkiyə Suriyaya girib, sadəcə ABŞ çəkilsə, bu zaman daha çox girəcək. Belə halda Səudiyyə də Suriyaya daxil olmalı olacaq. Türkiyə və Səudiyyə bölgənin ən böyük iki sünni dövlətidir. Əgər onlar Suriyaya daxil olacaqsa, bu zaman İranda məcbur olub Suriyaya girəcək. Bu halda münaqişə Suriyadan daha geniş xarakter alacaq, artıq şiə-sünni davası Suriya içərisindən çıxaraq regional davaya çevrilə bilər. Bu səbəbdən də, düşünmürəm ki, Donald Tramp Suriya ilə bağlı dediklərini həyata keçirsin.

– Rusiya prezidenti ilə ABŞ-ın yeni prezidenti arasında telefon danışığı olub, tərəflər münasibətlərin yoluna qoyulmasını, Suriyada əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildiriblər. Siz, Trampın prezidentliyi dövründə Rusiya-ABŞ münasibətlərinin inkişafını necə görürsünüz?

– ABŞ-Rusiya münasibətləri düzəlməyəcək. Əksinə, pisləşməyə doğru gedəcək. Rusiya ilə münasibətləri yoluna qoymaq olar? Bəyəm, Rusiya normal və hüquqi bir dövlətdir? Rusiya hamı üçün problem yaradır. Bu səbəbdən də, Rusiya ilə mülayim danışmaq olmur. Bu baxımdan hesab edirəm ki, Donald Tramp Rusiyanın üzərinə gedəcək. Əksinə, prezident Obama bir çox məsələlərdə yumşaqlıq edib. Respublikaçılar daha fərqli xarici siyasət yürüdürlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button