Loading...
Loading...
Gündəm

Erməistan və Azərbaycanın Müdafiə Nazirləri ilə danışıqlar aparıldı

Gürcüstanın müdafiə naziri Tina Xidaşeli Azərbaycan və Ermənistanın müdafiə nazirləri Zakir Həsənov və Seyran Ohanyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı telefon danışığı aparıb.

APA-nın “rukavkaz.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Telefon danışığı zamanı T. Xidaşeli atəşkəsin tezliklə dayandırılmasına və danışıqlar prosesinin yenidən bərpa edilməsinə ümidvar olduğunu ifadə edib.

Nazir bildirib ki, regionda stabillik Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir, beynəlxaq ictimaiyyət gərginliyin azaldılması üçün əlindən gələni etməlidir.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT
Back to top button
Telegram kanalımıza abunə olun