Erməni Gevorkovun Zori Balayandan Bakıya şikayətinə niyə baxılmadı? - 24 saat xəbərlər
Now Reading:
Erməni Gevorkovun Zori Balayandan Bakıya şikayətinə niyə baxılmadı?
Full Article 2 minutes read

Erməni Gevorkovun Zori Balayandan Bakıya şikayətinə niyə baxılmadı?

Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli Qarabağla bağlı 1984-cü ildə baş vermiş bir hadisəni əks etdirən sensasion materialı özünün fb səhifəsində paylaşıb.

“Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin birinci katibi Boris Gevorkovun 1984-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə göndərdiyi iki səhifəlik bu məlumata diqqətlə baxın. Moskvada Mərkəzi Komitənin Qarabağ qovluğunda saxlanılır bu sənəd. Məlumatda Zori Balayanın “Ocaq” kitabının nəşr olunması və həmin kitabda müəllifin Naxçıvan, Əylis və Qarabağa qarşı iddialar irəli sürdüyün erməni Gevorkov açıqca Azərbaycan rəhbərliyinə bildirir. Məlumatın sonunda Gevorkov yazır ki, Balayan dəfələrlə Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qeyri-sağlam ifadələr işlədib və ziyalıların millətçi əhval-ruhiyyəli hissəsi arasında o, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda fəal təşviqat aparan bir şəxs kimi tanınır. 

Bəs Azərbaycan rəhbərliyi bu mühüm məlumatla bağlı nə iş gördü. Sənədin sol küncündə dekabr ayının 11-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırovun dərkənarı var. O, həmin dövrdə Mərkəzi Komitənin katibi işləyən Ramiz Mehdiyev və şöbə müdiri vəzifəsində çalışan Əfrand Daşdəmirova yazır ki, xahiş edirəm tanış olun. Sənədin üzərindəki qeyddən aydın olur ki, onlar da bir həftə sonra məlumatla tanış olublar. Bu qədər?! Kevorkovun verdiyi bu mühüm məlumatla yalnız bu qədər məşğul olublar. Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində dörd il sonra ermənilər sənəddə göstərilən iddiaları gerçəkləşdirməyə başladılar.”

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.