Loading...
Loading...
Manşet

Erməni kəşfiyyatçısı əsir götürüldü – RƏSMİ MƏLUMAT

Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

24saat.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Gözdən qaçırmayın:  Rus ordusu bu gündədir - partlamış tankar, yanmış paltarlar və... - VİDEO + FOTOLAR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button