Now Reading:
Erməni nazir qalmaqala səbəb olub

Erməni nazir qalmaqala səbəb olub

Ermənistanın Daxili İşlər Naziri Zöhrab Mnatsakanyan, mayın 9-da qalmaqala səbəb olan paylaşım edib. O, Sovetlər Birliyində qulluq etmiş erməni əsgərlərin xatirəsini yad edərkən həmin dönəmdə almanlarla iş birliyi edən erməni əsgərlərin fotolarını paylaşıb.

O Twitter hesabında “Sovet ordusunun zəfərində əməyi olan vətəndaşlarımı sayğıyla yad edirəm. Onlar 500 mindən çox əsgər, 60 general və 4 marşal ilə Sovet ordusunda xidmət etdilər. 300 min əsgər şəhid olarkən, 106-sı milli qəhrəman adını qazandı” sözlərini yazdığı paylaşımında almanlarla birgə Sovetlərə qarşı vuruşmuş erməni əsgərlərin şəkillərini paylaşıb.

Bu məsələ sosial şəbəkədə müzakirələrə səbəb olduqdan sonra isə paylaşımını silib və bu dəfə tamam başqa şəkillərlə birlikdə yeni twit paylaşıb.

Input your search keywords and press Enter.