Now Reading:
Erməni radioları Azərbaycanda necə yayımlanır? – VİDEO

Erməni radioları Azərbaycanda necə yayımlanır? – VİDEO

Sirr deyil ki, düşmən Ermənistan Azərbaycanın ərazi bütövlüyünə təkcə hərbi yolla deyil, imkanı olan bütün vasitələrlə təhdid törədir.
Bəzi hallarda bunun qarşısını almaq Azərbaycanın imkanları xaricində olsa da, elə hallar var ki, burada hərəkətsizlik nəticəsində düşmən ölkənin həmləsinin qarşısı alınmır.

24saat.org saytı bu dəfə kifayət qədər aktual olan məsələyə – qonşu dövlətlərin Azərbaycanın efir məkanını işğal etməsinə toxunur. Məlum olduğu kimi, Azərbaycanın cənub bölgəsində yaşayan sakinlər Saaatlı və Sabirabad da daxil olmaqla İran radiolarını, Şimal ərazilərində yaşan sakinlərimiz isə Rusiya radiolarını dinləməyə məhkum ediliblər. Bu zaman vətəndaşımızın Azərbaycanın təbliğat ruporlarını dinləmək seçimi əllərindən alınıb. Başqa sözlə, onlar istəsələr belə Azərbaycan radiolarını dinləmək fürsətindən yararlana bilmirlər.
Lakin bunlardan da maraqlısı, sərhəd bölgələrində deyil, hətta Azərbaycanın işğal altında olan torpaqların 300 km uzaqlıqda yerləşən rayonlarda da düşmən Ermənistanın FM dalğalarının yerli radiokanalların efir tezliyinə soxulmasıdır. Təqdim etdiyimiz videoda düşmən ermənistanın Şamaxı kimi işğal zonasından uzaq ərazidə “Azad Azərbaycan” radiosunun efirinə girməsini sübut edən kadrlar yer alır.

Lakin uzun müddətsir davam edər bu təhdidə qarşı Rabitə və Yüksək tüxnologiyalar nazirliyinin tədbir görməməsi, düşmənin təbliğat ruporunun Azərbaycanda rahat yayımlanması həm də işin içərisində bilərəkdən önləm almamaq kimi istəyin olmasından xəbər verir. Hesab etmək olar ki, RYTN başı Azərbaycanda azad sözün təmsilçiliyini edən saytları bloklamağa qarışdığından, əsas düşmənlə mübarizə ya yaddan çıxıb, ya da RTYN-ə düşmənlə mübarizədən daha çox onların dalğalarını vurmaq adı altında korrupsiya ilə məşğul olmaq istəyi üstün gəlib. Əks təqdirdə Azərbaycanın dördbir yanında xarici ölkələrin FM tezlikləri suverenliyimizə təhdid törətməz, səlahiyyətli qurum isə heç nə olmamış kimi başını aşağı salıb Azərbaycanda azad söz təmsilçilərinin fəaliyyətinə maneə yaratmağa çalışmazdı.

Xatırladaq ki, Respublika Baş Prokurorluğunun təqdimatı əsasında məhkəmə qərarı ilə “dövlətin və cəmiyyətin qanuni maraqlarına təhlükə yaratdıqları üçün” azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq Radiosu”), “azerbaycansaati.com” domenlərinə, habelə Turan telekanalına (Turan TV) giriş məhdudlaşdırılıb, yəni bloklanıb. Həmçinin “Meydan.tv“- yə də giriş bloklanıb. Amma adı çəkilən saytlarla yanaşı digər saytlar var ki, onlara da giriş bloklanıb. Məsələn, azad və müstəqil fikir daşıyıcılarından olan 24saat.orgabzas.net saytlarına da giriş bloklanıb.

24saat.org

Input your search keywords and press Enter.