Loading...
Loading...
Siyasət

Ermənilər Ağdərə şəhərində Azərbaycan hərbiçisinin saxlanıldığını bildiriblər

Bakı/26.08.21 Bu il avqustun 25-də Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Mardakert (Ağdərə) şəhərindəki mənzillərdən birində aşkar edilib və saxlanılıb. Bu barədə Ermənistan KİV-lərinin məlumatında deyilir.

Babayevə qarşı “sərhədi qanunsuz keçmə” və “casusluq” ittihamı ilə cinayət işi açılıb.

“Sputnik Armeniya”nın məlumatına görə, Cəmil Babayev şəhərdə yerləşən evlərdən birinə daxil olub, həmin vaxt evdə iki yeniyetmə var idi, onlardan yemək və siqaret istəyib. “Onu doyurublar, daha sonra yeniyetmələrdən biri siqaret almaq üçün mağazaya gedəcəyini deyib. Evdən çıxan oğlan özünü itirməyib və polisə zəng edib”, deyə məlumatda qeyd edilir.

Maraqlıdır ki, Ermənistan KİV-lərinin nümayiş etdirdiyi forma hərbiçi forması deyil.

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi müddətindən artıq hərbi xidmətdə olan Cəmil Babayevin Gəncədəki hospitalın psixiatriya şöbəsini özbaşına tərk etdiyini bildirib. Onun Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçdiyi ehtimal olunur. -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button