AZ24SAAT.ORG

 
 
Now Reading:
Ermənilər Azərbaycan Ordusunu Qarabağa çağırır

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılan qondarma rejimin əleyhinə etiraz aksiyaları davam edir.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, dünən Xankəndində iki mitinq olub.

Küçələri bloklayan etiraz aksiyasında Ermənistan parlamentinin deputatı Zarui Postandjyan və digər siyasətçilər iştirak edib. Aksiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirilib.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Qarabağın Ermənistana birləşdirilməsi şüarları təhlükəlidir: “Bu təhlükəli presedentdir və Qarabağda daxili parçalanmaya gətirib çıxara bilər. Həmçinin, bu tələblər danışıqlar prosesində təhlükəli kontekst yarada bilər və Azərbaycan bundan istifadə edə bilər”.

Erməni politoloq Artur Osipyan deyib ki, Qarabağda yaşayan ermənilərin qondarma rejimin “güc strukturları” tərəfindən döyülməsi hadisəsi adi hal alıb: “İnsanlar artıq bu vəziyyətdən beziblər. Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edib. Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər”.

Erməni sosioloq David Karabekyan etiraf edib ki, Qarabağ İrəvan tərəfindən idarə olunur: “Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, İrəvanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra Xankəndindəki ermənilər də ayağa qalxıb. Xankəndindəki rejim kriminal qaydalarla hərəkət edir”.

Erməni sosioloq onu da əlavə edib ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa olsun, xilas olmaq istəyirlər.

“Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”, – deyə o bildirib.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.