Now Reading:
Ermənilər Bakıya gələcək

Ermənistan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək.

Cümhuriyyət.az-ın Ans press-ə istinadən məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov xəbər verib.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda onun İrəvana səfəri zamanı müzakirə edilib.

“Ermənistan komandası yarışda iştirak edəcək. Onlar bundan imtina etməyiblər. Bu yaxınlarda Ermənistanda idim və yığma komandanın kapitanı Levon Aronyan Bakıda Dünya Kuboku üzrə yarışda çıxış etməsini xoş xatirələrlə yada saldı”, – deyə Kirsan İlyumjinov bildirib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1-14 sentyabrda Bakıda keçiriləcək. Ötən il sentyabrın 10-u Bakıda keçirilən şahmat turnirində ermənilər də çıxış edib.

Ermənistanı bu yarışmada Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyanvə Samvel Ter-Saakyan təmsil edib. Varujan Akopyan və Samuel Sevyanisə ABŞ bayrağı altında yarışda çıxış edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.