2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənilərdən İlqar Məmmədova JEST

234 min manat məbləğində kompensasiya ödənilməklə bəraət alan ReAL liderini ermənilərin “Lragir.am” saytı da vəzifə ilə “mükafatlandırıb”

Xəbər verdiyimiz kimi, aprelin 23-də Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Nədənsə bu xəbərdən ölkədəki “ReAl”çılardan daha çox erməni saytları qeyzə gəlib, artıq ona vəzifə də biçiblər. AzToday.az xəbər verir ki, “lragir.am” saytı “Məmmədyarovun yerinə kimin təyin ediləcəyi artıq məlumdur?” başlıqlı xəbərdə parlamentdə XİN rəhbərinə qarşı deputatlardan bir neçəsinin çıxışını nazirin yola salınacağı kimi yozub:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa ölkəsinin xarici işlər naziri Elmar Məmməmədyarovu səriştəsizlikdə və Qarabağ nizamlanması ilə bağlı siyasət yürütmək sahəsində Prezident İlham Əliyevə kömək edə bilməməkdə günahlandırıb. Azərbaycanlı deputat Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin Qarabağla bağlı “ümidverici” açıqlamalar verdiyini, Ermənistanın xarici işlər nazirinin danışıqları prosesini darmadağın etməklə cavab verdiyini və bundan sonra azərbaycanlı nazir həmsədrlərlə yalnız karantin və barışıq barədə danışdığını xatırlatmaqla onu “dişsizlik”də ittiham edib.

Göründüyü kimi, Məmmədyarovun istefası gözlənilir və onun yerinə son dərəcə gözlənilməz bir şəxs təyin edilə bilər”.

Daha sonra erməni saytı Azərbaycan Ali Məhkəməsinin gözlənilmədən müxalifət partiyasının lideri İlqar Məmmədova qanunsuz həbs və mənəvi ziyana görə 234 min manat məbləğində kompensasiya ödənilməklə əvvəlki qərarların hamısının ləğv edilməsi və bəraət verilməsini xatırladaraq İlqar Məmmədovun Azərbaycanın xarici işlər naziri təyin ediləcəyini iddia edib.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button