Now Reading:
“Ermənilərin itkiləri barədə videolar var” – Polkovnik

“Ermənilərin itkiləri barədə videolar var” – Polkovnik

Biz müharibə şəraitində yaşayırıq. Bu səbəbdən heç vaxt müharibənin olmayacağını deməmişik. Həmişə deyirik ki, müharibə ehtimalı yüksəkdir. Gündəlik fəaliyyətə baxsaq, görərik ki, döyüş bölgəsində daim atəşkəs pozulur. Sadəcə bu gah azalır, gah da çoxalır. Düşmən tərəfinin diversiya təxribat qrupları yenə də həmişə olduğu kimi vəziyyəti gərginləşdirir.
Bu sözləri ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov son günlər cəbhədəki gərginliklər barədə fikirlərini BakiPost.az-a bölüşərkən deyib. Polkovnik bildirib ki, son bir ayda qarşı tərəfin verdiyi itkilər barədə videomateriallar var:
“Ermənistanın indiki addımları Qarabağla bağlı sülh danışıqlarını ləngidir. Çünki Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi bu məsələnin sülh yolu ilə həll olma ehtimalını demək olar ki, yox dərəcəsinə gətirib çıxarır”.
Polkovnik Ermənistanın belə mövqe sərgiləməsinin kökündə ölkə daxilində gedən proseslərin, xüsusilə apreldə keçiriləcək parlament seçkilərinin olduğunu düşünür:
“Bu təkcə Serj Sərkisyan dövründə deyil, ondan əvvəl də olub. Yəni seçkiqabağı həmişə Qarabağ məsələsi ortaya atılıb. Bunun ətrafında müəyyən bir dividentlər qazanmaq istəyirlər. Bu məsələni ortaya atıb cəmiyyətin fikrini yayındırmaq istəyirlər. Hazırda olan son vəziyyət də yenə Ermənistandakı seçkilərdən əvvələ təsadüf edir. Bu seçkilərdə indiki hakimiyyət böyük narahatlıq hiss edir. Onların hakimiyyətdə qalıb-qalmaması məsələsi ortaya çıxıb. Bu səbəbdən yenə də Qarabağ onlar üçün prioritet məsələyə çevrilib”.
Hərbi ekspert qeyd edib ki, son hadisələrin əsas səbəblərindən biri də ermənilərin havadarlarının tapşırıqları və ya məqsədləri ilə bağlı ola bilər:
“Ümumiyyətlə, bu məsələdəki səbəblər problemin sülh yolu həllinə gətirib çıxaran səbəblər deyil. Bunlar məsələni sülh yolundan uzaqlaşdıran səbəblərdir. Ona görə də istər bizim, istər Rusiya, Ermənistan, istərsə də beynəlxalq qurumlarda olan şəxslər və analitiklərin hamısı bildirir ki, Ermənistanın bu addımı Qarabağda savaşın olmasına gətirib çıxaracaq. Bununla bağlı erməni analitikləri də öz dövlətinə və xalqına çatdırmaq istəyirlər ki, bundan sonra vəziyyət bu şəkildə inkişaf eləsə, müharibə ola bilər. Çünki Azərbaycanın rəhbəri cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Azərbaycan torpağında ikinci Ermənistan dövlətinin yaranmasına razı olmayacağıq. Biz bununla barışmayacağıq.
Amma biz istəyirik ki, nə qədər imkan var, bu məsələni sülh yolu həll edək. Çünki müharibə insan itkisidir.
Amma aprel döyüşlərindən sonra ermənilər bəyan etdilər ki, biz yenə də o ərazini işğal edəcəyik, oranı olmasa da, başqa ərazini işğal edəcəyik, biz bununla barışmayacağıq. Nə ilə barışmayacaqlar? Azərbaycan torpağının azad edilməsi cəmiyyətin və dövlət başçısının tarixi borcudur. Bu bizim torpaqlardır. Beynəlxalq qurumlar da Azərbaycan ərazi bütövlüyün tanıyıblar.
Əgər bu belə davam eləsə, təbii ki, müharibə olacaq. Döyüşlər başlayacaq”.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın müdafiə naziri 10 günə yaxındır ki, cəbhə bölgəsindədir:
“Nazir oradakı heyətlə görüşüb, lazım olan tapşırıqlar verir. O tapşırıqların nəticəsidir ki, erməni təxribatlarının qarşısı alınır. Onlar məqsədinə nail ola bilmirlər.
Müdafiə Nazirliyi lazım olan tədbirləri, bütün hazırlıqları görür. Əgər Ali Baş Komandan İlham Əliyev məcbur olub müharibə qərarı qəbul edib, əmr verib savaşın başladığını bildirsə, o zaman biz öz torpaqlarımızı azad edəcəyik”.
axar.az

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.