2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ermənilərin Laçın dəhlizinin yeni marşrutu haqqında məlumatı

Bakı/02.02.22 Fevralın 1-də ermənilərə məxsus teleqram kanallarında Laçın dəhlizinin yeni marşrutu haqqında maraqlı məlumat yayılıb. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ermənilərin tezliklə Laçın şəhərini tərk etməli olması ilə bağlıdır.

Bu, o deməkdir ki, onlar artıq dəhlizin şəhərdən keçən bu hissəsindən istifadə edə bilməyəcəklər.

Qarabağı Ermənistanla birləşdirəcək yeni yol-dəhliz Kərkicahandan (Xankəndi ətrafında) Qaybalı, Zarıslı və Turşsu kəndlərindən keçməklə çəkiləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra yol Laçın şəhərindən yan keçməklə, Kirov, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərindən keçəcək və Ermənistanın Kornidzor qəsəbəsinə çıxacaq.

Qarabağdakı erməni mənbələri bunun ermənilərin tezliklə Laçını tərk etməsi ilə bağlı olduğunu təsdiq edirlər.

Xəritəyə baxdıqda yolun iki yeni hissəsinin tikiləcəyi görünür. Amma hazırki yolun təqribən yarısından da istifadə olunacaq. Əgər belədirsə, bu hissələrdə ermənilər və azərbaycanlılar üz-üzə gələcək. İstənilən halda, ermənilər üçün yol uzanacaq. 

Bundan başqa, Laçın yaxınlığında yeni və köhnə yollar kəsişməli olacaq. -02B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button