SEÇMƏ

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını səhvən uzadır

Bakı/05.09.21 Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına başlanmasının yubadılmasının səbəbi Yerevanın hazır olmamasıdır.  Bu danışıqlarda əsas məqam iki müstəqil dövlətin qarşılıqlı şəkildə bir-birini tanımasıdır. Bu barədə  Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Exo Baku” layihəsinə müsahibəsində deyib.

Onun fikrincə, Azərbaycanı hazırkı sərhədlərində tanımaqla erməni elitası keçmiş Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olacaq.

Lakin Əliyev hesab edir ki, sonunda Ermənistan Azərbaycan dövlətini indiki sərhədlərində tanımalı olacaq, çünki 44 günlük müharibədən öncəki status-kvonun qaytarılmasına gətirib çıxara biləcək geosiyasi vəziyyətin dəyişəcəyinə ümid özünü doğrultmur. Münaqişənin nizamlanmasında qarşılıqlı fəaliyyət göstərən RusiyaTürkiyə kimi ölkələrin arasında münasibətlər sabit olaraq qalır və bundan əlavə, Böyük Şərq məkanında genişlənir.

Sərhəd eksseslərinə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə iştirakını genişləndirməkdə davam edir, azad edilmiş torpaqların rekonstruksiyası üzrə fəal işlər gedir. Buna görə də vəziyyətin inkişafına Azərbaycan üçün müsbət hal kimi baxmaq olar.0—

 

https://www.<a data-autolink-id="15" target="_self" href="https://www.az24saat.org/?s=youtube" >youtube</a>.com/watch?v=hWMFH3zgqKY

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button