Loading...
Loading...
Dünya

Ermənistan hakimiyyəti geri çəkilir Canlı

Həbs edilmiş hər üç deputat azadlığa buraxılıb.

Deputatlar baş nazirin birinci müavini Karen Karapetyanla danışıqlardan sonra azadlığa buraxılıblar.

“Bizim işimiz eyni olaraq qalır. Axşam Respulika meydanında mitinq olacaq. O vaxta kimi mən hazırki vəziyyyətlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəyəm. Bu qədər” – Paşinyan jurnalislərə bildirib.

Etriazçıların lideri həmçinin bildirib ki, bütün həbs olunan etirazçılar da azadlığa buraxılmalıdır.

***

Ermənistanın keçmiş baş naziri və indiki vitse-premyeri Karen Karapetyan bəyan edib ki, Baş prokurora etiraz hərəkatının liderləri-deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyanın toxunulmazlığının ləğv edilməsinə dair parlamentə göndərdiyi təqdimatı geri çağırmaq üçün müraciət edib. Xəbər verildiyi kimi həmin deputatlar ötən gün polis tərəfindən saxlanılıblar, prokurorluq onların barəsində cinayət işi qaldırmağa hazırlaşırdı.

Lakin Paşinyanın və tərəfdaşlarının saxlanılması tamamilə hakimiyyətin əleyhinə işləyib, ötən gün axşam İrəvanın Respublika meydanına 160 minə yaxın nümayişçi çıxıb. Bu gün səhərdən isə İrəvanın küçələri yüz minlərlə etirazçının nəzarətindədir.

“Bu gün biz qərar qəbul etdik və mən Baş prokurora müraciət etdim ki, toxunulmazlığın ləğvi barədə vəsadəti geri çağırsın. Və mən indi cənab Paşinyanla görüşə gedirəm, çalışacam danışıqlar aparaq və həll yolu tapaq. Sabahkı gün (24 aprel-“soyqırım” günü) olduqca mühümdür və mən əminəm ki, biz yaranmış vəziyyətdən asılı olmayaraq məntiqi həll yolu tapa biləcəyimizi bütün dünyaya sübut edəcəyik”-Karen Karapetyan bildirib.

Bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sərkisyan, baş nazirin müavini Karen Karapetyan və spiker Ara Babloyanın iştirakı ilə müşavirə olub. Müşavirədə hansı qərarın qəbul edildiyi məlum deyil. Ötən gün Serj Sərkisyan İrəvandakı “Armenia-Mariott” otelində Paşinyanın ayağına gedib və onunla görüş keçirib. Lakin Paşinyan bildirib ki, Sərkisyanla ancaq onun istefasının şərtlərini müzakirə edə bilər. İndi vitse-premyer Karapetyanın Paşinyana hansı təkliflərlə getdiyi maraq doğurur, istisna deyil ki, Sərkisyan artıq növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılaşıb. Çünki etiraz hərəkatı hər saat böyüməkdədir və əsgərlər, müəllimlər, həkimlər, dövlət qulluqçuları bir-birinin ardınca xalqın tərəfinə keçir.

* * *

Bu dəqiqələrdə İrəvanda nümayişçilərin bir qrupu parlament və hökumət binalarının, o cümlədən prezident iqamətgahının yerləşdiyi Baqramyan prospektinə daxil olub. Minlərlə nümayişçi prospekti tikanlı məftillərlə bağlamış polis kordonu qarşısında dayanıblar və deputatları xalqın tərəfinə keçməyə çağırırlar. Onların arasında 2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçıları, bu döyüşlərdə ölənlərin ailə üzvləri də yer alır.

“Biz deputatlarla görüşmək istəyirik, onlara demək istəyirik ki, bu gün hamı küçələrə çıxıb. O cümlədən polislərin və deputatların uşaqları, ailə üzvləri. Biz onları xalqın qarşısına çıxmağa çağırırıq”, – aprel döyüşlərinin iştirakçılarından biri deyib. Nümayişçilər habelə Ermənistan Polisinin rəhbəri Vladimir Qasparyana müraciət edərək nümayişlərdə saxlanılmış gəncləri, aprel döyüşlərinin iştirakçılarını azadlığa buraxmağa çağırıblar.

Gözdən qaçırmayın:  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi hesabat verdi

* * *

Nümayişçilərin iki böyük dəstəsi öndə xalqın tərəfinə keçən əsgərlər olmaqla Sayat Nova prospektində birləşiblər.

Bir dəstə İrəvan Dövlət Universitetinin əsas binası istiqamətindən hərəkət edib, digər dəstə isə Xancyan küçəsi istiqamətindən irəliləyib.

Nümayişçilərin qarşılaşması prospektdə böyük izdihama səbəb olub, etirazçıların sayı durmadan artır. Əsasən tələbələrdən və gənclərdən ibarət kütlə Serj Sərkisyanın istefasını tələb edir.

Etiraz hərəkatının lideri Nikol Paşinyanın həbs edilməsi belə kütlənin əzmini qıra bilməyib. Nümayişçilər polislə toqquşmaya girmədən olduqca intizamlı hərəkət edir, polis kordonları ilə bağlanan küçələrdən dönüb başqa küçələrə istiqamət alırlar.

Ermənistanın digər iri şəhərlərində də izdihamlı aksiyalar keçirilir. Parlamentin spikeri Aro Babloyan Nikol Paşinyan və onun fraksiyasından olan digər deputatların saxlanıldığı təcridxanaya yollanıb. O, etirazçıların liderləri ilə danışıqlar aparmağa ümid edir.

* * *

Yerevanda hərbçilər etiraz aksiyasında iştirak edən tələbələrə qoşulublar. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin cərgəsində hərbçilər tələbələrlə birgə addımlayırlar.

***

Aksiyaya Yerevan Dövlət Universitetinin tələbələri ilə yanaşı Amerika Universitetinin, Rusiya-Ermənistan Universitetinin, Fransız Universitetinin, Pedaqoji Universitetin, Tibb Universitetinin tələbələri qatılıb.

Aprelin 13-dən başlayan davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətinin uzanmasına etiraz bildirilir. Aksiyalara parlamentdə 9 deputatla təmsil olunan müxalif “Çıxış” blokunun lideri, Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan başçılıq edib. Aprelin 22-də Nikol Paşinyan, “Çıxış” blokundan deputatlar Ararat Mirzoyan, Sasun Mikaelyan tutulub. Ancaq yürüş-mitinqlərin qarşısını almaq mümkün olmayıb.

Serj Sərkisyan 2008-ci ildən bu il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. Ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Nikol Paşinyan və tərəfdarları Serj Sərkisyanın hakimiyyətdən getməsini tələb edirlər.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button