Loading...
Loading...
Siyasət

Ermənistan KİV ABŞ səfirinin bəyanatlarını öz bildiyi kimi şərh edir

Bakı/23.08.21 ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi hesab edir ki, bu yaxınlarda Dağlıq Qarabağda baş vermiş müharibənin nəticələri aradan qaldırılmayıb, münaqişə həll olunmayıb, çünki Dağlıq Qarabağın statusu hələ müəyyənləşdirilməyib. Bu barədə “Armenpress” agentliyi məlumat yayıb. Lakin səfirin dərc olunmuş sitatlarında “Dağlıq Qarabağın statusu” haqda söz yoxdur.

“Biz Minsk Qrupunun həmsədri kimi işləyəcəyik, bu mövqelərdən vəziyyətin gərginliyini azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq ki, qalan məsələləri, müharibədən sonrakı vəziyyəti və digər məsələlərin yekun tənzimlənməsini nəzərdən keçirə bilək”, – agentlik səfirdən sitat gətirib.

Ermənistanın Sünik vilayətində olan səfir deyib: “İyul ayında Geqarkunik vilayətində insidentlərin qeydə alındığı sərhəd rayonlarından birində oldum. Demək istəyirəm ki, zorakılığa mümkün qədər tez son qoyulması üçün  vəziyyətin deeskalasiyasına çağırırıq”, –  Linn Treysi deyib.

İki gün öncə həmin agentlik ABŞ Dövlət Departamentinin regionda vəziyyətlə bağlı “Armenpress” in sorğusuna cavabını dərc edib və bunu “Dövlət Departamentinin bəyanatı” adlandırıb.

“Birləşmiş Ştatlar münaqişənin uzunmüddətli siyasi nizamlanmasına nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında mümkün qədər tez substantiv danışıqlara qayıtmağa çağırır”, – sorğuya cavabda bildirilir.-02D

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button