2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimiXəbərlər

Ermənistan NAMƏLUM şəxslərə müəmmalı şəkildə silah bağışlayır

2006-cı ildən 2017-ci ilə qədər Ermənistan höküməti 107 nəfəri mükafat şəklində “silahlandırıb”

Ermənistan höküməti öz yerli mətbuat nümayəndələrinin, mükafatlandırılan şəxslərin kimliyi ilə bağlı suallarına cavab verməyərək, bunun silah daşıyan şəxslərin fərdi məlumatlar kateqoriyasına aid olduğunu bəhanə edib.

2008-ci ilin dekabr ayında jurnalistlərin sorğusuna cavab verən Aparat rəhbəri David Sarkisyan 2007-ci ilin aprel ayından, 2008-ci ilin dekabr ayına qədər silahla “mükafatlandırılmış” şəxslərin siyahısını vermişdi. Məlum olmuşdu ki, o dövrdə baş nazir Tiqran Sarkisyan xüsusən də Erməni kilsəsinin Ararat yepiskopu Samvel Xçıvanı da “silahlandırıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın hökümət saytlarında 2002-ci ildə belə mükafat alanların birinin də Rusiya Federasiyasının Sərhəd Xidmətinin direktoru Konstantin Totskinin olduğu bildirilir.

2009-cu ildə Tiqran Sarkisyan Ermənistan Respublikasının Polis rəisi Alik Sarkisyanı silahla “mükafatlandırıb”.

2011-ci ildə isə, Tiqran Sarkisyan Prokurorluq günü və Ermənistan Prokurorluğunun 93 illiyi münasibətilə keçirilmiş təntənəli yığıncaqda, baş prokuror Aqvan Ovsepyanı “silahlandırmışdı”.

Maraqlıdır ki, bu adlar mətbuata məlum olduğu halda, indi Ermənistan höküməti bu siyahını gizli saxlayır. Ancaq keçən il aparat rəhbərliyi jurnalistlərin suallarına cavab verərkən, bu informasiyaların hamı üçün açıq olduğunu qeyd etmişdi.

Bu il isə hökümətin bu sualları nədən gizli saxlamasının səbəbləri bilinmir.

Məsələnin digər maraqlı tərəfi odur ki, 2015-2016-cı illərdə, bu cür paylanılan “mükafat-silahların” 3 dənəsi, polisin məlumatına əsasən etibarsız elan edilib.

Ehtimal olunurdu ki, bu silahlarla hansısa bir cinayət işlənilib, sonradan ya sahibi silahı polisə təhvil verib, ya da xüsusi qeydiyyatda olduğu üçün sahibi dərhal tapılıb. Hökümət isə sözsüz ki, bu məqamda çıxış yolunu yalnız “mükafatların” etibarsız elan edilməsində görüb.

Çünki bir neçə il qabaq məlum olmuşdu ki, baş nazirin bağışladığı bu silahlarla ağır cinayətlər işlənib. Belə ki, 2005-ci ildə Hor Açn şəhərinin meri Armen Keşişyan Andronik Markaryan tərəfindən özünə bağışlanılan silahla “Ermənistan Elektrik Şəbəkəsi” kompaniyasının Arzinski rayonundakı filialının direktoru Aşot Mxitaryanı qətlə yetirmişdi.

Məsələnin digər maraqlı tərəfi budur ki, bu “silahlandırma” dövlət büdcəsindən maliyyələşmir və bu mükafatlandırmanın hansı hesabdan ödənildiyi məlum deyil.

Hökümət bunun “müxtəlif maliyyə mənbələrindən” maliyyələşməsini desə də, konkret kimlərin və hansı maraqla bu “silahlandırma” prosesinə pul xərclədiyi məlum deyil.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button