Gündəm
Ermənistan Rusiyada udduğu tankı Qarabağa göndərəcək?
Ermənistana Rusiya istehsalı olan müasir T-90S tankı göndərilib.
Virtualaz.org “İnterfaks”-a istinadən bildirir ki, erməni hərbçiləri həmin tankı “Tank biatlon-2014” beynəlxalq yarışında 2-ci yeri tutaraq mükafat kimi qazanıblar.
Tank 2015-ci ilin dekabrında istehsal edilib. Aprelin 27-də Yerevana gətirilən tank Ermənistanın Silahlı Qüvvələrinə təhvil verilib.
Qeyd edək ki, bu, Ermənistan ordusunun arsenalında olan yeganə T-90S tankıdır.
Ekspertlər deyirlər ki, ermənilər Rusiyanın bu hədiyyəsindən çox güman ki, Qarabağda istifadə edəcəklər.
![](http://i1.wp.com/i.virtualaz.org/139270_src.jpg?resize=500%2C372)
![](http://i2.wp.com/i.virtualaz.org/139271_src.jpg?resize=500%2C333)
![](http://i0.wp.com/i.virtualaz.org/139272_src.jpg?resize=500%2C333)