Loading...
Loading...
Xəbərlər

Ermənistan vətəndaşının son sözü: Azərbaycan prezidentindən və Azərbaycan xalqından üzr istəyirik

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın hər biri 20 il azadlıqdan məhrum edildi

1993-2000-ci illərdə əsir düşmüş azərbaycanlılara Şuşa həbsxanasında və başqa yerlərdə işgəncə verməkdə ittiham olunan iki nəfər Ermənistan vətəndaşı – Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın hər biri Bakıda 20 il azadlıqdan məhrum edildi. Avqustun 2-də Bakı Hərbi Məhkəməsinin hakimləri bu barədə hökm çıxarıb. Hökm Yasamal Rayon Məhkəməsində elan edilib.

Hökm oxunmamışdan əvvəl Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyana məhkəmədə son söz demək təklif olunub. Onların son sözləri qısa olub. İşgəncə ittihamını qəbul etməsələr də, bağışlanmalarını istəyiblər. Üzr istədiklərini vurğulayıblar: “Azərbaycan prezidentindən, Azərbaycan xalqından və məhkəmədən üzr istəyirik”.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan əlavə edib ki, məhkəmə dövründə onlarla çox yaxşı davranıblar. Buna görə məhkəməyə də təşəkkür ediblər.

Bundan sonra Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Təxminən iki saatlıq müşavirədən sonra hökm elan edilib.

Hökmə əsasən, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan onlara verilən 20 illik azadlıqdan məhrumetmə cəzasının ilk 10 ilini həbsxana rejimində, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Azərbaycanda yalnız bir həbsxana var ki, o da Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən qapalı müəssisədir.

52 yaşlı Lüdvik Mkrtiçyan və 54 yaşlı Alyoşa Xosrovyan Azərbaycan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 120 (qəsdən adam öldürmə) 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrupların tərkibində iştirak) 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və s. maddələrilə təqsirli bilinib.

Onlar 2020-ci ilin oktyabrında – Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə dövründə saxlanılıb.

Təqsirləndirilən şəxslər işgəncə vermə, qəsdən adam öldürmə və başqa ittihamları qəbul etmir. Yalnız Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə məsələsində özlərini təqsirli bilirlər. Məhkəmədə bildiriblər ki, zərərçəkmişləri tanımırlar, onlara heç vaxt işgəncə verməyiblər.

Zərərçəkmişlər isə iddia edirlər ki, vaxtilə Şuşa həbsxanasında təqsirləndirilən şəxslərin işgəncələrinə məruz qalıblar. Onların sözlərinə görə, həm Alyoşa Xosrovyan, həm də Lüdvik Mkrtiçyan Azərbaycan dilini yaxşı bilirdi.


24 saat” “Ermənistan vətəndaşının son sözü: Azərbaycan prezidentindən və Azərbaycan xalqından üzr istəyirik” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button