Loading...
Loading...
Cəmiyyət

Ermənistanda ərzaq rekord həddə bahalaşıb

Ermənistanda ərzaq məhsullarının qiyməti rekord həddə qalxıb.

AzadlıqRadiosu erməni xidmətinin avqustun 13-də yerli Statistika Komitəsinə istinadla yaydığı məlumata görə, bu ilin iyulunda ərzaq məhsullarının qiyməti, ötən ilin eyni vaxtı ilə müqayisədə 13,9% bahalaşıb.

Belə ki, otən ay, 2020 -ci ilin iyul ayı ilə müqayisədə çörək 8,6%, ət – 9,7%, yumurta – 51,3%, yağ – 15,9%, şəkər – 39,4%, konservləşdirilmiş süd 10,4% və s məhsulların qiyməti xeyli bahalaşıb.

Yerevan sakinləri AzadlıqRadiosunun erməni xidmətinə qida məhsullarının bahalaşmaqda davam etməsindən narazılıq bildiriblər.

Qeyd edək ki, Azadlıq Radiosunun erməni xidməti bundan bir qədər aəvvəl, ölkədə yanacaq və digər xidmət növlərinin də bahalaşması barədə məlumat yaymışdı.

Mənbənin yazdığına görə, Ermənistanda qiymətlərin stabilliyinə Mərkəzi Bank təminat verir.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button