24saat.org Ermənistanda benzin ucuzlaşdı - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Ermənistanda benzin ucuzlaşdı

Bir ay ərzində benzinin qiyməti 10 faiz aşağı düşüb

Son bir ay ərzində Ermənistanda benzin 10 faiz ucuzlaşıb. Ölkə mətbuatının məlumatına görə, yanvarın 8-də “Requlyar” markalı benzinin 1 litrinin qiyməti 400 dram (80 sent) olub.

Məlumata görə bu markalı benzin bir ay bundan əvvəl 440-450 dram (90 sent) olub. Benzinin qiyməti 2018-ci il dekabrın əvvəlindən aşağı düşməyə başlayıb.

“Rəsmi olaraq qiymətin aşağı düşməsinin səbəbləri açıqlanmır. Amma bəzi söhbətlərə əsasən qiymətdə endirim bazarda yeni “oyunçunun” peyda olması ilə əlaqədardır”, erməni mətbuatı yazıb.

Neft istehsal edən Azərbaycanda Aİ-95 (Premium) markalı benzinin qiyməti 1 manat 50 qəpik (88 sent), Aİ-98 (super) markalı benzinin qiyməti 1 manat 60 qəpik (94 sent), Aİ-92 markalı benzinin qiyməti 90 qəpikdir (53 sent).

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.