Now Reading:
Ermənistanda birdəfəlik uşaqpulu 630 dollar olacaq

Ermənistanda birdəfəlik uşaqpulu 630 dollar olacaq

Sabiq millət vəkili, iqtisadçı Nazim Baydəmirli facebook hesabından maraqlı paylaşım edib.Məsələnin aktuallığını nəzərə alıb həmin paylaşımı təqdim edirik.

Ermənistanda uşağın doğulmasına görə verilən birdəfəlik müavinət və uşağa baxmaq üçün verilən aylıq müavinətin məbləği artırılır. Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib ki, 2020-ci ilin yanvar ayından etibarən ilk uşağın doğulmasına verilən birdəfəlik müavinət altı dəfə artırılaraq 50 min dramdan (105 dollar) 300 min drama (630 dollar) çatdırılacaq.

İkinci uşağın doğulmasına görə verilən birdəfəlik müavinət də 150 min dramdan (315 dollar) 300 min drama (630 dollar) qədər artacaq.

İşləyən analar üçün uşağa baxmaq üçün verilən aylıq müavinət isə 18 min dramdan (37 dollar) 25,5 min drama (53 dollar) artırılacaq.

Kənd yerlərində isə bu fərqli olacaq. Uşaq iki yaşına çatana qədər hər ay 25 min dram (52 dollar) ödəniləcək.

Bundan başqa 2020-ci ildən etibarən dövlət uşağın doğulduğu ailələrə birdəfəlik yardım göstərəcək, ipoteka ilə təmin edəcək….
P.S. Azərbaycan rəhbərliyi (Baş Nazirin müavini Əli Əhmədov) isə deyir ki, Uşaq üçün pul verib ailələri ələbaxım öyrətmək olmaz.

Input your search keywords and press Enter.