Loading...
Loading...
Dünya

Ermənistanda həbsxanada insident baş verib

Ermənistanda cəzaçəkmə müəssisəsində insident baş verib.

APA-nın “Shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, İstintaq Komitəsinin əməkdaşları istintaq hərəkətləri yerinə yetirərkən təqsirləndirilən şəxslərlə məhbuslar arasında münaqişə yaşanıb.

Onlar bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər, qapıları döyəcləyiblər. Bəzi məhbuslar pəncərələrdən yandırılmış yataq dəstlərini və məişət əşyaları atıblar.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Gözdən qaçırmayın:  Aİ Ukraynanın üzvlük müraciətinə nə deyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button