2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ermənistanda həlledici döyüş – 24 saat

Mayın 2-də səhər tezdən Ermənistanın paytaxtı İrəvanda müxalifətin itaətsizlik aksiyası başlayıb. Şəhərin mərkəzində Teatr meydanı və onlarla küçə polis tərəfindən bağlanıb. Yerli medianın yaydığı xəbərlərə görə, polis Xorenatsi küçəsini bağlamağa çalışan vətəndaşları saxlayır, küçəni açmağa çalışır. Bəzi küçələrə girişi qapadan nümayişçilər barrikadalar qurmağa başlayıblar. Fransa meydanının dörd tərəfdən bağlandığı xəbər verilir.

“Hayastan” blokunun üzvü, parlamentin vitse-spikeri İşxan Saqateylan bildirib ki, gecə toqquşmalar olmayıb. Yağış yağmasına baxmayaraq, vətəndaşlar Fransa meydanında gecələyiblər.

Ermənistan müxalifəti fasiləsiz etiraz aksiyalarına Baş nazir Nikol Paşinyanın aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən əvvəl start veriblər. Aprelin 5-də eks-prezidentlər – R.Koçaryan və S.Sarkisyanın iştirakı ilə keçirilən etiraz aksiyasında hakimiyyəti devirmək üçün bütün vasitələrə əl atacaqları bəyan edilib…

Saytların yığılması Saytlarin yigilmasi

Brüssel görüşü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutub və tərəflər sülh müzakirələrində mühüm irəliləyişə nail olduqlarını bəyan ediblər. Belə ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri sülh müzakirələrinə başlamalı, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı ikitərəfli komissiyanın tərkibini elan etməliydilər. Paşinyan Brüsseldən qayıtdığı günün səhəri hökumətin iclasında bəyan etdi ki, Qərb İrəvandan Qarabağın statusuna dair gözləntilərini azaltmağa çağırır. Ermənistan müxalifəti bu açıqlamanı Qarabağın Azərbaycana təslim edilməsi və Paşinyanın böyük xəyanəti kimi qəbul edir.

Aprelin 19-da Nikol Paşinyan Moskvaya dəvət edildi və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə sözügedən prosesi tormozlayan açıqlamalar verildi. Tərəflər bəyan etdilər ki, 10 noyabr 2020-ci ildə imzalanmış atəşkəs bəyanatında yer alan müddəalara uyğun olaraq, kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi prosesinə sadiqdirlər. Onlar ikitərəfli sülh müqaviləsi haqqında danışmayıblar. 

Paşinyan Moskvadan qayıtdıqdan sonra Qarabağın statusu haqqında dediklərindən geri çəkilərək, müxalifəti və separatçıları sakitləşdirən açıqlamalar verib. Bildirib ki, Qarabağdakı ermənilərin razılığı və iştirakı olmadan hər hansı razılaşma ola bilməz. O, ötən həftə İrəvanda separatçı Araik Arutyunyanı və müavinlərini qəbul edərək, mövqeyini təkrarlayıb. Separatçıların rəhbəri isə “Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququnun” vazkeçilməz olduğunu bildirib. Paşinyan ona 44 günlük müharibənin nəticələrini və ilk növbədə bu problemlərin həllinin vacib olduğunu xatırladıb. Baş nazir işarə edib ki, belə radikal mövqe növbəti müharibə ilə nəticələnə bilər ki, bu da Ermənistan üçün arzuolunmaz vəziyyət yarada bilər. 

Paşinyan aprelin 30-a qədər ikitərəfli sərhəd komissiyasının tərkibini elan etməsə də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Brüsselə – Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşə göndərir və yaxın günlərdə işçi qaydada müzakirələr davam etdiriləcək. Rəsmi Bakı Ermənistandakı daxili vəziyyətdən dolayı Paşinyanın Brüssel razılaşmalarını bir qədər ertələməsinə dözümlü yanaşır və daxili mübarizənin nə ilə nəticələnəcəyini gözləyir.

Beləliklə, Ermənistanda 1 aya yaxındır davam edən növbəti iqtidar-müxalifət savaşı həlledici mərhələyə qədəm qoyub. Bu mübarizəni Rusiyapərəst keçmiş siyasi elita ilə Qərbyönlü Paşinyan komandası arasında sonuncu döyüş də adlandırmaq olar. 

Əvvəla, Koçaryan-Sarkisyan cütlüyü Qərb qarşısında məğlub olmaqda olan Rusiyanın imkanlarından istifadə edərək, hakimiyyəti ələ almağa çalışır. Məlumdur ki, Ukrayna böhranında ağır vəziyyətə düşən Moskvanın bu regiona təsir imkanları azalacaq və nəticədə ona bağlı keçmiş elitanın hakimiyyət iddiaları birdəfəlik dəfn oluna bilər.

İkincisi, Rusiya da son gücünü toplayıb, regionda zəif bənd olan Paşinyan iqtidarını devirməklə Qərbin regionda güclənməsinin qarşısını almağa, Azərbaycanla başlayan sülh prosesini dondurmağa çalışır.

Rusiyanın Azərbaycana təzyiq imkanları xeyli məhduddur, çünki hakimiyyət daxilində belə vasitələr sıradan çıxarıb, iqtidarda və silahlı qüvvələrdə ehtimal olunan dayaqlar məhv edilib. Siyasi müxalifətin isə Rusiya ilə hər hansı bağlılığı yoxdur. Paralel olaraq, Azərbaycan regionda güclü Türkiyə ilə hərbi-siyasi müttəfiqdir, ona qarşı açıq hərbi təzyiqlər Ankaranın adekvat addımları ilə nəticələnə bilər. Bununla belə, Azərbaycana qarşı bəzi təzyiq rıçaqları hələ qalır. Qarabağdakı hərbi kontingent, onların əlaltısı olan separatçı cinayətkar dəstələr təxribatlar törədə bilər. Ölkənin daxilində də müəyyən təxribat imkanları yox deyil və son günlər baş verən bəzi hadisələr cəmiyyətdə Rusiyanın təzyiq cəhdləri kimi qəbul edilir. 

Sözsüz ki, həlledici mübarizə Ermənistanın daxilində gedəcək və burada qüvvələr nisbəti hələ ki, Paşinyanın xeyrinədir. Müxalifətin bir ay ərzində apardığı kampaniya, bütün cəhdlərə rəğmən, Ermənistanı əhatə edə bilmədi, paytaxta keçirilən aksiyalar isə 7-8 min nəfər sayı keçmədi. Ölkədə keçirilən son rəy sorğularına görə, müxalifətin reytinqi seçki dövründən o qədər də fərqlənmir, iqtidar partiyası populyarlığını qoruyub saxlayır. 

Bu səbəbdən Koçaryan-Sarkisyan cütlüyü və onlarla bir yerdə olan radikal millətçilər prosesləri zor müstəvisinə keçirib, nəticə əldə etməyə çalışırlar. Rusiya onlara hər cür dəstək verir, o cümlədən bütün media, maliyyə imkanlarını müxalifətin qələbəsinə səfərbər edib.

Bu günlərdə İrəvanda kütləvi iğtişaşların, Paşinyana və onun komandasına qarşı zorakılıq aktlarının baş verəcəyi qaçılmazdır. Bu savaşın nə ilə nəticələnəcəyi iqtidarın prosesi nə qədər uğurla aparacağına bağlıdır. Çox güman, Baş nazir ona sadiq olan polis qüvvələrinə radikal qüvvələri əzməyi əmr edəcək…

Turqut

24 saat” “Ermənistanda həlledici döyüş – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button