SEÇMƏ

Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçinin öldüyü bildirilir

Yayımlandı: 19 Yanvar 2023 12:31

Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil

Yanvarın 19-da Ermənistanın N saylı hərbi hissəsində baş verən yanğın nəticəsində 15 hərbçinin öldüyü bildirilir.

Hadisənin gecə saat 01.30 radələrində olduğu qeyd olunub.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, Geqarkunik rayonunun Azat kəndində yerləşən mühəndis-istehkamçı rotasının kazarmasında hələ də məlum olmayan şəraitdə yanğın baş verib.

Yanğına görə ikinci ordu korpusunun komandiri Vahram Qriqoryan vəzifəsindən azad edilib.

Yanğınla bağlı Ermənistan Cinayət Məcəlləsinin 532-ci maddəsinin 4-cü hissəsi (silah, döyüş sursatı, hərbi texnika və ya başqaları üçün təhlükəli olan digər hərbi əmlak və materiallarla davranış qaydalarını pozma) ilə cinayət işi başlanıb.

Bu barədə hökumətin iclasında İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan məlumat verib.

O, istintaq qrupu və ekspertlərin hadisə yerində olduğunu bildirib.

Arqişti Kyaramyan ilkin versiya kimi istilik təhlükəsizliyi qaydalarının pozulmasını göstərib: “Bu, hazırda kifayət qədər əsaslandırılmış ilkin versiyadır”.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycanda əhali ərzaqa daha çox pul xərcləyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button