Loading...
Loading...
Dünya

Ermənistanda kütləvi tətil: yollar bağlandı

Mayın 2-də Yerevanda “kütləvi tətil” başlayıb. Tətili ötən gün müxalifət lideri Nikol Paşinyan elan edib.

Milli Məclis N.Paşinyanı baş nazir postuna təsdiq etmədikdən sonra o, vətəndaş itaətsizliyi aksiyasına başlamağa çağırıb.

Yerevandan “Zvartnots” beynəlxalq hava limanına gedən yol bağlanıb. Təhlükəsizlik qüvvələri hələlik baş verənlərə müdaxilə etmirlər. İnterfaksın məlumatına görə, sərnişinlər aeroporta piyada gedirlər. Oteldə qalanlara məsləhət görüblər ki, əgər şəhərdən çıxmağı planlaşdırırlarsa səhər saat 7-dək çıxsınlar. Məlum olub ki, əbəs deyilmiş: hazırda blok-postlardan ancaq jurnalistləri buraxırlar, o da hər yerdə yox, BBC-nin müxbiri bildirib.

Çərşənbə axşamı parlamentin deputatları müxalifət lideri N.Paşinyanın ölkənin baş naziri seçilməsinin əleyhinə səs veriblər, baxmayaraq ki, ona dəstək olaraq kütləvi nümayişlər keçirilirdi. Ermənistan Konstitusiyasına görə, N.Paşinyanın parlamentdə təsdiqlənmək üçün ikinci cəhdi var. Yeni səsvermə mayın 8-də olmalıdır. Sonra əgər Paşinyan ikinci dəfə də seçilməsə hakimiyyət baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyanın rəhbərliyilə müvəqqəti hökumətə keçəcək. Müvəqqəti hökumət yeni parlament seçkiləri təyin edəcək.

Ötən gün Respublika Partiyasının parlament çoxluğu Paşinyanın əleyhinə səs verdikdən sonra etiraz hərəkatının lideri Ermənistan vətəndaşlarını küçələri, metronu, dəmir yolunu, aeroport, dövlətlərarası və vilayətlərarası trasları, “ümumiyyətlə, nəyi bağlamaq mümkündürsə hamısını” bağlamağa çağırıb. O, tədris müəssisələrində, dövlət idarələrində tətilə çağırıb.

N.Paşinyan və onun tərəfdarlarından ibarət böyük qrup mayın 2-də səhər Yerevana doğru yürüşə başlayıb. Meqafonla danışan Paşinyan Ermənistanla Dağlıq Qarabağı birləşdirən yolları, eləcə də ordunun təchiz edildiyi yolu bağlamamağa çağırıb. O deyib ki, tərəfdarları təcili yardım maşınlarını, FHN avtomobillərini və yanğınsöndürən maşınları buraxmalıdır.

Bu gün səhərdən bəzi merto stansiyalarına gedən yollar bağlanıb. Vətəndaşlar hökumət binasına girəcəklərdən birini avtomobillərlə bağlayıb. Səhərdən bir qrup vətəndaş “Zvartnots” aeroportuna gedən yolu bağlayıb. Aksiya trasda gərgin vəziyyətin yaranmasına səbəb olub. Vətəndaş itaətsizliyi aksiyaları Yerevanın digər hissələrinə keçir. Tələbələr yenidən küçələrə çıxıb.

Gözdən qaçırmayın:  "Ukrayna hərbçiləri Belarus ərazisinə qabaqlayıcı raket zərbəsi endirə bilər"

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button