Now Reading:
Ermənistanda Paşinyanın çağırışı ilə fəallar məhkəmələri mühasirəyə almağa başlayıblar

Ermənistanda Paşinyanın çağırışı ilə fəallar məhkəmələri mühasirəyə almağa başlayıblar

[vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row]

Ermənistan baş naziri Nikol Paşinyanın çağırışından sonra fəallar səhər saatlarından etibarən məhkəmə binalarını mühasirəyə almağa başlayıblar.

Xüsusən, şənbə günü verdiyi qərarla eks-prezident Robert Koçaryanı həbsdən azad edən Yerevan məhkəməsinin binasına giriş bloklanıb. Baş nazir Nikol Paşinyan da toplaşanların yanına gəlib, onları salamlayıb.

Eyni zamanda, Yerevanda digər məhkəmə binalarının, o cümlədən Konstitusiya Məhkəməsinin girişi bloklanıb.

Yerli KİV-lərin məlumatına görə, bir sıra hallarda fəallar pəncərələri sındırıblar və hakimləri qovublar.

“Mənə, hökumətimizə, xalq hakimiyyətinə marionet məhkəmə lazım deyil”, deyə Paşinyan Facebook-dakı səhifəsində canlı yayında bildirib.

Müxalifət Paşinyanın çağırışını tənqidə məruz qoyub, konstitusiyaya zidd çağırış adlandırıb. Ermənistanın keçmiş hakim partiyası – Respublika partiyası “məhkəmə sisteminə misli görünməmiş təzyiqi” pisləyib.

Baş nazir Nikol Paşinyan öz müraciətində məhkəmə islahatına çağırıb. Onun sözlərinə görə, ölkədə hakimiyyətin cəmi iki legitim qolu var – icra hakimiyyəti və qanunverici hakimiyyət, üçüncü – məhkəmə hakimiyyəti isə keçmiş korrupsioner sistemin təsiri altında qalmaqdadır. “Operativ müdaxilənin vaxtı çatıb”, deyə baş nazir bildirib.

Paşinyan xüsusilə qeyd edib ki, bütün hakimlərin siyasi əlaqələri, əmlakı və s. yoxlanılmalıdır. Hökmləri Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz hesab olunan bütün hakimlər və qərəzsiz fəaliyyət göstərə bilməyənlər istefa verməlidir.

Paşinyan həmçinin keçid dövrü üçün ədalətli mühakimənin tətbiqinin həyati əhəmiyyət kəsb etdiyini bildirib. Bu, bir və ya iki ay ərzində həyata keçirilməlidir. Bunun üçün konstitusiyanı dəyişdirmək lazımdırsa, bu, edilməlidir. 

mənbə: Turan

Input your search keywords and press Enter.