ÖZƏL

Ermənistanda Qarabağda doğulan şəxslərin pasortunda doğum yeri “Azərbaycan” yazılmağa başlanılıb

İrəvan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan üzvü Arsen Karapetyan Qarabağda doğulan ermənilərin pasportunda doğum yeri kimi Azərbaycanın göstərildiyini bildirib. Az24saat.org xəbər verir ki, o nümunə kimi Ağdərədə anadan olan dostunun pasportunu paylaşıb.

©FOTO : FACEBOOK / ARSEN SHUR KARAPETYAN

Sənəddə həqiqətən də doğum yeri xanasına “Azərbaycan” yazılıb. Arsen Karapetyan deyib ki, dosti 80-ci illərin ortalarında Ağdərədə anadan olub. Sonradan Rusiyaya köçüb və uzun müddət orada yaşayıb. “O daha sonra Ermənistan vətəndaşlığı almaq üçün müarciət edib. Nəhayət, istəyi həyata keçib. Amma çoxdan gözlədiyi pasportu alanda doğum yeri qrafasına “Azərbaycan” yazıldığını görüb”, – deyə Karapetyan bildirib.

Ermənistan Polisi Pasport və viza idarəsinin rəis müavini Mariam Gevorgyan erməni mediasına açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, həmin vətəndaş sovet dövründə anadan olub. “Yəni, Azərbaycan SSR-də anadan olub. ”

“Bir vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistanın pasportu həm də səyahət sənədidir, keçmiş SSRİ ölkələri üçün heç bir kodu olmayan beynəlaxalq standartlara uyğundur. Başqa sözlə, əgər kimsə keçmiş SSRİ-nin tərkibində olmuş bir ölkədə anadan olubsa, onun doğulduğu yer kimi həmin ölkə göstərilir, özü də indiki adı ilə. Yəni, məsələn, Gürcüstan SSR yox, Gürcüstan Respublikası”, – deyə o bildirib. Gevorkyan əlavə edib ki, bu çoxdan qəbul olunmuş praktikadır.

“24 saat”

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button