2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistanda Rusiyapərəst qüvvələr tərəfindən dövlət çevrilişinə cəhdin üstü açılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyəti zorla ələ keçirmək cəhdinin üstünün açıldığını bildirib. 30 axtarış aparılıb, həbs olunanlar var. Yeddi nəfərə qarşı cinayət işi qaldırılıb, dörd nəfərin barəsində axtarış elan edilib.

Bildirilir ki, bir qrup sui-qəsdçi Ermənistan vətəndaşlarını ələ alaraq onları Rostov-Dona hərbi toplanışlara göndərib və “döyüş növbətçiliyi etmək üçün” silahla davranmağı öyrədiblər. Lakin təşkilatçılar sonradan bildiriblər ki, qrupun məqsədi Ermənistanda hakimiyyəti ələ keçirməkdir. Cəlb olunanların bir hissəsi bunda iştirakdan imtina edərək Ermənistana qayıdıb.

Həbs olunanların və sui-qəsd iştirakçılarının adları açıqlanmır, lakin onların arasında Qarabağın keçmiş sakinləri də var.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırlıq bir neçə ay davam edib, eyni zamanda hakimiyyətin ələ keçirilməsi üçün cəlb olunanların sayı artıb. Onların arasında Qarabağ erməniləri də olub.

Bildirilir ki, təşkilatçıların Rusiyada əlaltıları olub ki, onlar qrup üzvlərinin etibarlı olub-olmadığını, onların siyasi baxışlarını və Ermənistan hakimiyyətilə mümkün əlaqələrini yoxlayıblar.

Qrup üzvləri hərbi hazırlığın keçirildiyi “Arbat” hərbi bazasında yerləşdiriliblər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button