Now Reading:
Ermənistanda tələbələrin etirazı davam edir

Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı etiraz aksiyaları davam edir.

Azvision.az xəbər verir ki, tələbələr Yerevan Dövlət Universitetində aclıq aksiyasına başlayıblar.

“Biz bununla hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk”, – deyə “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib.

Qeyd edək ki, erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına qarşı Yerevan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları qarşısında etiraz aksiyaları keçiriblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.