Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Ermənistanın Azərbaycanın turizminə vurduğu ziyanın məbləği açıqlanıb

Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin 11,6 %-i məhz 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib.

Bunu Dövlət Turizm Agentliyindən bildiriblər.

Bundan başqa, qurum bəyan edib ki, ölkədə turistlərin gecələmələrinin 11,1 %-i işğal altında qalmış ərazilərin payına düşüb.

“Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən ölkə ərazisinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, – deyə açıqlamada qeyd olunub.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib. (Report)

Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib. (Report)

24 saatErmənistanın Azərbaycanın turizminə vurduğu ziyanın məbləği açıqlanıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Taxıl sazişi Azərbaycana da təsir edəcək – Ucuzlaşma olacaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button