2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Erməni arxiyepiskopu Trampı iblis adlandırdı

Erməni apostol kilsəsinin Təbrizdəki Atrpatakan yeparxiyasının başçısı Qriqor Çiftçyan ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarını qınayıb.

Virtualaz.org İRNA agentliyinə istinadən xəbər verir ki, Təbrizdəki Müqəddəs Məryəm kilsəsində Milad bayramına həsr olunmuş mərasimdə erməni arxiyepiskop deyib: “İsa peyğəmbər Fələstində anadan olub, lakin böyük iblis və qlobal yekəxanalıq Fələstini bölmək istəyirlər. Bununla belə, Fələstin, Qüds və Beyt əl-Müqəddəs yalnız bir nəfərə, yaxud bur qrup insana deyil, bütün dinlərə aiddir”.

Din xadimi həmçinin qeyd edib ki, İran erməniləri İran İslam Respublikasının bayrağı altında digər həmvətənləri ilə bərabər şəraitdə yaşayırlar.

Saytların yığılması Saytlarin yigilmasi

“Bizdə ölkənin tərəqqisinə müvafiq zəruri qarşılıqlı əlaqə və əməkdaşlıq olmalıdır, – Çiftçyan bildirib. – Biz müsəlmanlarla qardaşıq və mərasimlərimizdə iştirak edən rəsmi şəxsləri görməyə şadıq”.

İRNA əlavə edir ki, İranın müxtəlif şəhərlərində 80-120 min erməni yaşayır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button