2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Erməni deputat ‘Azərbaycanyönlü’ fikirlərinə görə tənqid olunur


“Mənim internetdə keçirilən diskussiyada söylədiyim fikrilər təhrif olunub”

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə bəyanatı fevralın 3-də hakim “Mənim addımım” fraksiyasından millət vəkili Anuş Beqloyan verib.

Xanım Beqloyan bu müzakirə zamanı demişdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Qədim tarixçilərdən və tarixi əsərlərdən sitat gətirməkdə Ermənistana çatan olmaz. Ona görə də düşünürəm ki, biz gələcəyə baxmalıyıq, bu tarixi torpaqların kimə məxsus olması barədə sonsuz müzakirələrə qayıtmamalıyıq”.

Millət vəkili bu müzakirədə daha sonra demişdi:

“Bu müharibəni kimin başlaması və Artsaxın (Dağlıq Qaarabağın – red) kimin tarixi torpağı olması mühüm deyil”.

 

“Fikirlərim təhrif olunub”

Hakim partiyadan millət vəkili Anuş Beqloyanın bu sözləri Ermənistanda sosial media platformalarında hay-küylü reaksiyaya səbəb olmuşdu.

Azatutyun yazır ki, fevralın 3-də parlament iclasında Beqloyan bildirib ki, onun fikirləri kontekstdən çıxaırlıb və o əslində azərbaycanlı opponentinə istehza ilə cavab verirdi:

“Mənin fikirlərim təhrif olunub, mənə mənim deyə bilməyəcəyim fikirləri yapışdırırlar. Mən bunları deməmişəm”.

Bundan əvvəl müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının deputatı Gevork Qorqisyan Facebook səhifəsindən hakim “Mənim addımım” fraksiyasının başçısı Lilit Makuntsa müracaiət edərək Beqloyanın deputat mandatından məhrum edilməsi məsələsinə baxılmasına çağırmışdı.

Qorqisyan bildirirdi ki, “ən azı” Beqloyanın beynəlxalq diskussiyalarda iştirakını məhdudlaşdırmaq lazımdır.

Müxalif deputat bildirib ki, xanım Beqloyanın dediyi fikirlər Ermənistanın xarici siyasətinə və dövlətçiliyinə ziddir.

 

“Müharibəyə çağırış ermənilərin xeyrinə deyil”

Amma Anuş Beqloyan müxalifətçinin Facebook postunu “qeyri-peşəkar” adlandırıb:

“İki çağırışda deputat seçilmiş cənab Qorqisyan təcrübəli millət vəkili olmasına, yaxşı təhsil görməsinə baxmayaraq bilməlidir ki, belə bəyanatlarda, hansısa kütləvi informasiya vasitəsinin yazdıqlarına yox, ilkin mənbəyə istinad olmalıdır”.

Xanım Beqloyan bildirib ki, sözü gedən məsələ hakim fraksiyada müzakirə edilməyib.

Deputat izah edib ki, “Azərbaycan prezidentinin Sevan (Göycə- red) və Yerevanı zəbt etmək barədə bəyanatlarının səsləndiyi bir vaxtda erməni tərəfinə daha güclü olmaq və inkişaf etmək üçün sülh lazımdır”.

Deputat bildirib ki, hazırkı durumda müharibəyə çağırışlar Ermənistanın xeyrinə deyil.

O izah edib ki, Ermənistana sülh, hazırlaşmaq və daha güclü olmaq üçün lazımdır:

“Müharibəyə və ya tezliklə müharibəyə çağıranlar, bizi müharibə ilə hədələyənlər Azərbaycan və Türkiyəyə işləyirlər”.

 

Ən barışmaz Daşnaksutyun

Azatutyun yazır ki, hakim partiyanın deputatını fevralın 3-də Milli Məclisin önündə təşkil edilmiş piket qarşılayıb.

Bu piketi “Vətənin xilası” müxalifət təşkilatı qurmuşdu.

Piket iştirakçıları iddia edirdilər ki, Beqloyanın dedikləri ermənilərin yox, azərbaycanlıların və türklərin maraqlarına xidmət edir.

Azərbaycana qarşı ən barışmaz mövqe tutan Daşnaksutyun partiyasının nümayəndəsi Geğam Manukyan Azatutyuna deyib:

“O deyir ki, rahat yaşamaq üçün bundan sonra müharibənin kimin başladığını, tarixi unutmaq lazımdır-filan…Bundan əvvəl azərbaycanlılar və ermənilər, türklər və ermənilər arasında süni şəkildə barışıq atmosferi yaratmağa cəhdlər edilib. Onların hamısı uğursuzluğa düçar olub. Mən əminəm ki, bu cəhd də uğursuzluğa düçar olacaq”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button