2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Erməni hərbçilərə gecə təlimləri: Rus snayperlər göndərildi

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Ermənistanda dislokasiya edilmiş hərbi bazası yüksək dağlıq şəraitdə snayper təlimlərinə başlayıb.

100 nəfərdən artıq snayper cütlüklərinə təlimlər  bir ay müddətində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən “Kamxud” hərbi poliqonunda, mənfi 20 dərəcə şaxtada və küləyin sürətinin saniyədə 15 metrə çatdığı şəraitdə keçiriləcək.

Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən Aysor.am saytına verilən açıqlamada bildirilib ki, xüsusi təlimlər sutkanın gündüz və gecə saatlarında aparılacaq.  Yeni gələn hərbçilər müdafiə təyinatlı “Ratnik” snayperləri ilə təchiz ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Gecəgörmə cihazlarından istifadə etməklə atəş və xüsusi  taktiki hazırlıq üzrə məşğələlər keçiriləcək.
Məşğələlərdə təcrübəli təlimçilər müqavilə üzrə xidmət keçən hərbi qulluqçular sırasından olan yeni əsgərlərə “Draqunov” və “Vintorez” snayper tüfənglərindən fərdi nişana alma qaydalarını öyrədəcəklər.

Müşfiq
Cebhe.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button