2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Erməni itkin və əsirlərin yaxınları yolları bağlayıblar (VIDEO)


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, əsirlərin və itkinlərin yaxınları fevralın 10-da Gümrü-Yerevan və Gümrü-Armavir yolunun müxtəlif sektorlarını bağlayıblar.

Onlar bu aksiya ilə hakimiyyət orqanlarına öz narazılıqlarını bildirməyə çalışıblar.

Şirak vilayətinin sakinləri bildiriblər ki, onlar ərazini gecə də tərk etməyəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan ordusunun Qarabağ müharibəsində döyüşən əsgərlərinin əksəriyyəti bu vilayətdən idilər.

 

10 noyabrdan sonra əsir düşənlər

Hazırda Azərbaycanda əsir olan 62 erməni əsgərin məhz bu vilayətdən olduğu bildirilir.

Onlar Dağlıq Qarabağ ərazisində 10 noyabr razılaşmasından sonra əsir düşüblər.

Məhz buna görə də Azərbaycan tərəfi onların əsl hərbi əsir olmadıqlarını bildirir.

Azatutyun fevralın 10-da xəbər verib ki, bu əsirlərdən indiyədək yalnız 7-i Ermənistana qaytarılıb.

 

Övladlarının dünən qaytarılacağını gözləyirdilər

Bu da xəbər verilir ki, aksiyaçılar etirazın videoaya çəkilməsinə icazə vermir və jurnalistlərlə danışmaqdan imtina edirlər.

Onların fikrincə bu, itkin düşən və əsirlikdə olanların ziyanına işləyə bilər.

Azatutyun bilidirir ki, sözü gedən yollarda artıq böyük tıxaclar yaranıb.

Reportajlarda deyilir ki, etirazçıların əksəriyyəti fevralın 9-da Azərbaycandan qaytarılan əsirlərin arasında övladlarının da olacağını gözləyirdilər.

10 noyabr razılaşmasından sonra Hadrut rayonunun Çaylaqqala kəndi yaxınlığında 62 şiraklı əsgər Azərbaycan tərəfinə əsir düşüb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button