2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

”Erməni milyarderlər bizimkilərdən fərqli olaraq Ermənistan üçün səxavətlərini əsirgəmirlər”

 

“Adambaşına düşən məhsul istehsalına görə Ermənistan bizdən qabaqdadır”

“Ermənistanın zəifləməsi ilə bağlı deyilən fikirlərin heç bir əsası yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, beynəlxalq qurumların hesabatları və reytinq cədvəlləri bu iddianın əsassız olduğunu göstərir:
“Ermənistanda minimum əmək haqqı 110 dollardır, Azərbaycanda isə 63 dollardır. Adambaşına düşən məhsul istehsalına görə də Ermənistan bizdən qabaqdadır. Ermənistan əvəzi ödənilmədən dəyəri milyard dollarla hesablanan silahlar alıb. Biz isə silah alınmasına milyardlar xərcləyirik. Ermənistan rəsmi açıqlanmayan çoxsaylı mənbələrdən də külli miqdarda mailiyyə alır. Erməni diasporu və xaricdəki çoxsaylı erməni milyarderlər də bizimkilərdən fərqli olaraq Ermənistan üçün səxavətlərini əsirgəmirlər. Ona görə də Ermənistanın getdikcə zəifləməsi fikri haradan çıxır, bunu anlaya bilmirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button