2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Erməni ortağı olan şirkətlə ticarətdə qəbahətli heç nə yoxdur” – Deputat

Azərbaycanın quşçuluq şirkətlərilə əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqları olduğu üzə çıxıb.

Mediada yer alan xəbərlərə görə, bu şirkətin ortaqları arasında milliyətcə erməni Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var.

Türkiyənin iri broyler şirkəti “Emre Piliç” Azərbaycana quşçuluq məhsulları idxal edir.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənilərin rəhbəri olduğu şirkətdən “Qaradaşlı” broyler istisna olmaqla yerli Azərbaycan şirkətləti tam olaraq əməkdaşlığı erməni amilinə görə dayandırıb.
İndiki şəraitdə Azərbaycan şirkətlərinin erməni ortağı olan şirkətlə biznes və ticari əlaqələrdə olması doğru haldırmı?
Modern.az-ın məsələ ilə bağlı sualını Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa cavablandırıb.
Deputatın məsələyə münasibəti birmənalı deyil. Onun fikrincə proseslərin hamısına iqtisadi münasibətlər prizmasından yanaşmaq lazımdır:

“İlkin olaraq münasibətlərin hansı formada təşkil olunmasına baxmaq lazımdır. Əgər bu, Azərbaycanın ərzaq təhlükəsizliyinə problem yaradırsa, onun ciddi yoxlanılmasına ehtiyac.

İş adamları xaricdəki şirkətlərin yüzü ilə əlaqə saxlayır. O şirkətlərdən hansılarınsa ortağının, idarəçiliyindəki vəzifəlinin erməni olması istisna deyil. Tutaq rəhbərlikdə 5 ingilis, 1 erməni təmsil olunur. Bu o demək deyil ki, o firma ilə əlaqə saxlanılmamalıdır. Yoxlanmalıdır ki, onlar Azərbaycan bazarına hansısa problemli məhsulu bilərəkdən, məqsədyönlü şəkildə ötürürlərmi?”.
F.Mustafa deyib ki, bunları öyrənmədən, təhlillər aparmadan biznesə, iqtisadi fəaliyyətə kəskin yanaşmaq doğru olmaz:
“O zaman problemlər ortaya çıxa bilər. Ona görə də bu məsələni gündəmə gətirməzdən öncə təhlil edib qiymət vermək lazımdır”.
F.Mustafa hesab edir ki, əgər ölkəyə gətirilən məhsulların təhlükəsizliyilə bağlı hər hansı problem yoxdursa, erməni ortağı olan şirkətlə ticarət əlaqələrinin yaradılması və davam etdirilməsində qəbahətli heç nə yoxdur.

Qeyd edək ki, 1996-cı ildə Türkiyənin Kocaeli vilayətində yaradılan “Emre Piliç” hazırda İzmit, Mudurnu, Nallıhan ve Ayaş olmaqla 4 bölgədə 9 tarla, 70 toyuq hininə sahibdir. 279 nəfər işçisilə istehsal etdiyi məhsulun 70 faizini idxal edən şirkət həm damazlıq cücə, həm də damazlıq yumurta satışını həyata keçirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button