2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Erməni politoloq: ‘Bizim başqa yolumuz yox idi’


Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giroqosian deyir ki, Ermənistan ictimaiyyəti Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bu sənədi heç də yekun sənəd və Qarabağdakı separatçı erməni rejiminin tam süqutu kimi qəbul etmir: 

“Problem bundadır ki, bu, danışıqlar nəticəsində razılaşdırılmış kompromis deyil. Bu, Rusiyanın tərəflərə diqtə etdiyi sülh planıdır və ehtiyac üzündən qəbul edilib. İndi əsl çətinlik onda olacaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, o cümlədən liderlər spesifik detalları müzakirə edəcəklər. Üstəlik, bu razılaşmada ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak etməyiblər”. 

Riçard Giroqosian deyir ki, indiki halda Dağlıq Qarabağın statusunun, burda yurisdiksiyanını qeyri-müəyyən qalması tərəflər üçün təhlükəni artırır, hər iki tərəfdə məyusluğu və qisasçılığı gücləndirir, ona görə də bundan sonra diplomatiya daha ciddi və səmimi olmalıdır. 

Saytların yığılması Saytlarin yigilmasi

 

“Biz Qarabağın bir hissəsini xials etdik…”

Bəs əgər bu razılaşma erməni tərəfi üçün də təhlükəli vəziyyət yaradırsa, o zaman Ermənistanın baş naziri Nikol Paşiniyan bu razılaşmanı niyə imzaladı? 

Bu suala cavabında Giroqosian deyir: 

“Bizim başqa yolumuz yox idi. Çox səmimi desəm, durum belədir. İkinci ən böyük şəhəri – Şuşanı itirəndən sonra biz reallığı qəbul etmək məcburiyyətində qaldıq – əgər biz Rusiyanın diqtə etdiyi bu razılaşmanı qəbul etməsək, biz bütün Dağlıq Qarabağı itirə bilərik. Biz hesab edirik ki, başqa alternativimiz yox idi. Biz bu razılaşmanı imzalamaqla ordakı əhalini, Dağlıq Qarabağın qalan hissəsini xilas etdik və döyüşü dayandırdıq. Bunlar bizim üçün vacib nailiyyət idi”. 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button