2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Erməni silahlıların məhkəməsi başlayır 

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq iyunun 7-də birgə məlumat yayıb.

Məlumatda deyilir ki, ötən il noyabrın 26-27-də Azərbaycana qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçulara və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin tərksilah edilmiş üzvləri barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onların qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratdıqları deyilir.

Məlumatda qeyd olunur ki, silahlı dəstə üzvləri Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə dekabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar ediblər, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına zərər vurulması üçün partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Daha öncə silahlı dəstənin 14 üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq məhkəməyə göndərildiyi xəbər verilmişdi.

Məlumatda deyilir ki, qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Hovanesyan Haykaz, Manukyan Varazdat, Stepanyan David, Tosunyan Levan və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxslə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb və baxılması üçün məhkəməyə göndərilib.

Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.

24 saat” “Erməni silahlıların məhkəməsi başlayır ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button