2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Erməni terrorçularının sabiq lideri: “Azərbaycan bizim mövqeləri bir saata tutdu”

“Mən aprel insidentini ildırımsürətli hücum və ya müharibə adlandırmazdım. Bu təxribatçı hərəkət idi və düşmən gözlənilmədən uğur əldə etdi”.

Virtualaz.org bildirir ki, belə bir bəyanatla CivilNet-ə verdiyi müsahibədə “DQR”-in sabiq “müdafiə naziri”, “Samo” ləqəbli Samvel Babayan çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin iki ehtiyat korpusu erməni mövqelərini tutub və ermənilər bundan sonra əks-hücuma keçiblər. Lakin onların cəhdi uğursuz olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Səbəb bizim laqeydliyimiz oldu və mövqelərimiz zəiflədi. Müdafiə Nazirliyi təhqiqat aparmalı və başa düşməlidir ki, əslində nə baş verib. Fakt odur ki, həmin mövqelər bir saat ərzində itirilib”, – deyə Babayan vurğulayıb.

Onun sözlərinə görə, aydındır ki, Azərbaycan 2014-cü ildən daim uzunmüddətli müharibəyə hazırlaşır, o, ermənilərin işğalçı ordusunu uzaqdan neytrallaşdırmağa cəhd edəcək və Azərbaycanın silahla bağlı problemi olmayacaq, çünki artıq o özü mərmi istehsalına başlayır.

“Bizim piyada qüvvələrimiz düşməni minimum 300-500 metr məsafədə saxlamalıdır. Əgər biz bunu edə bilməsək, düşmənə arxamıza keçməsinə imkan yaratmış olacağıq və mən bunu düzgün hesab etmirəm.

Azərbaycan müasir silahlar alır, onun məqsədi ön cəbhəni torpaqla bərabər etməkdir-bu aydındır. Biz Azərbaycanın ehtiyatları ilə rəqabət aparmaq iqtidarında deyilik. Ona görə də nəsə həll yolu tapılmalıdır”, – deyə “sabiq müdafiə naziri” bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button