2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Erməni yazıçı Xocalı abidəsi qarşısında baş əydi

Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Xocalı abidəsini ziyarət edib.

APA xəbər verir ki, ötən il təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə görə Azərbaycana qaçmış Vaan Martirosyan da onun yanında olub.

Qeyd edək ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyanın ötən gün Bakıya gəlib. O, mətbuata müsahibəsində Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun olduğunu deyib. Avetyan ikinci cəhdində Azərbaycana gələ bilib. Ona bir neçə günlük Bakı şəhərində qonaq olmağa icazə verilib. Avetyan ilk dəfə Bakıya qeyri-qanuni yolla gəlməyə cəhd etdiyi üçün ölkəyə buraxılmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yazıçı Bakıya gələndən sonra sosial şəbəkədə səfərlə bağlı fikirlərini paylaşıb: “Azərbaycan mediası Ermənistanın ünvanına tənqidləri dərc etdiyi üçün danışıram. Bu tənqidləri Ermənistanın satqın tulaları, jurnalistləri, hüquq müdafiəçiləri, qrant və muzd üçün çalışan konyukturaçı “sülhpərvər”ləri heç zaman etməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button