2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənilərə BƏD XƏBƏR: Azərbaycan Rusiyadan yeni silahlar alacaq

Region üçün mühüm önəm daşıyan prezidentlərin Bakı sammiti başa çatdı. Xəbər verdiyimiz kimi, Rusiya tərəfi sammitə ölkə prezidenti Vladimir Putinlə yanaşı, yüksək rütbəli bir sıra məmurlarla qatılmışdı. Onların arasında baş nazirin müavini, Rusiya hərbi-sənaye kompleksini kurasiya edən və hərbi kontraktlara birbaşa nəzarət edən Dmitri Roqozin də var idi.

“Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib ki, yaxşı və baha olmayan silahların nəhəng ixracatçısı kimi Rusiya Bakı və Tehranın maraq dairəsindədir”. Rusiyanın «RİA-Novosti» agentliyinin məlumatına görə, bu sözləri D. Roqozin Bakıda prezidentlərin üçtərəfli görüşündən sonra söyləyib.

Bundan əlavə, onun özlərinə görə, Azərbaycan «MS-21» təyyarələri ilə maraqlanıb və 10 belə təyyarənin alınması üçün kontrakt 2017-ci ildə imzala bilər. “Azərbaycanla ikinci maraqlı layihə ”Ruslan”, “An-124″ təyyarələrinin alınması ilə bağlıdır və bu da gələn il gerçəkləşəcək” – Roqozin bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

***

Qeyd edək ki, Putinin son Azərbaycan səfəri ərəfəsi Bakı ilə Moskva arasında yeni partiya silah ticarəti ilə bağlı növbəti anlaşmanın ola biləcəyi barədə məlumatlar yayılmışdı. Məlumatlara görə, Azərbaycan Rusiyadan «Su-30SM» qırıcıları ala bilər (virtualaz.org). Mənbə Putinin Bakı səfəri zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair yeni anlaşmaların əldə edilməsini mümkün hesab edirdi.

Rusiyalı ekspertlərə görə isə Azərbaycan Rusiya hərbi-sənaye kompleksinin aparıcı müştərilərindən biri olaraq qalır və iqtisadi çətinliklərə baxmayaraq, onun alıcılıq qabiliyyəti yüksəkdir. Moskvadakı Strategiyalar və Texnologiyalar Analizi Mərkəzinin direktor müavini Konstantin Makienko bu xüsusda “Moskva-Baku” portalına açıqlamasında deyib ki, neftin ucuzlaşması və gəlirlərin aşağı düşməsi səbəbindən Azərbaycan Rusiyadan əvvəlki həcmlərdə silah almayacaq. Lakin mümkündür ki, artıq alınan silahlardan-reaktiv artilleriya sistemlərindən, tanklardan, vertolyotlardan yeni partiyaları sifariş verilsin.

“Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov da təsdiq edir ki, iqtisadi çətinliklərə baxmayaraq, Bakı əlavə silah almağa bir neçə yüz milyon dollar xərcləmək imkanındadır. “Ola bilsin Azərbaycan tərəfi Rusiyadan öz ordusu üçün döyüş sursatları almaq istəyir. Biz aprel döyüşlərində nə qədər döyüş sursatı sərf olunduğunu bilmirik.

Yəni sərf olunanların yerini doldurmaq lazımdır. Bu birincisi. İkincisi, hesab edirəm ki, onlar dəqiq silahlar almağa cəhd edəcəklər. Əsasən hədəfə özü yönələn döyüş sursatları, ”hava-yer” tipli raketləri. “İsgəndər” raketlərindən söhbət getmir, Rusiya bu raketləri hələ satmaz. Amma “Krasnopol” kimi idarəolunan mərmilər ola bilər” – Frolov deyib.

Ekspert istisna etmir ki, Bakı Rusiyadan müasir aviasiya texnikası da almaq istəyir. Çünki Azərbaycanın arsenalında ancaq sovet istehsalı olan təyyarələr var. “Ona görə də onlar məsələn, «SU-30SM» qırıcılarını xahiş edə bilər. Hansı ki, artıq Qazaxıstan alıb, Belarus da almaq istəyir. Fikrimcə Azərbaycan da özünə bu cür maşını rəva biləcək” – ekspert daha sonra əlavə edib.

***

Bu məlumatlar onsuz da Rusiyadan narazı olan işğalçı Ermənistanın təlaşını sözsüz ki, daha da artıracaq. Hələ Putinin Bakı səfəri öncəsi erməni mənbələri narahatlıqla qeyd edirdilər ki, Bakıda Rusiya ilə Azərbaycan arasında yeni silah sövdələşməsi ilə bağlı anlaşmalar əldə oluna bilər. Proqnozlar əsasən doğruldu: Bakıda kontraktlar imzalanmasa da, bunun anonsu verildi.

Onu da yada salaq ki, prezident Putinin yaxın adamı sayılan Dmitri Roqozini ermənilər 4 günlük aprel müharibəsindən sonra “persona non qrata” elan ediblər. Roqozin o vaxt Ermənistanı saymazyana tərzdə bəyan eləmişdi ki, heç nəyə baxmadan Bakı-Moskva hərbi-texniki əməkdaşlığı davam edəcək. Onun bu sözləri düşmən ölkədə hiddətlə qarşılanmışdı. (Yeni Musavat)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button