2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

“Ermənilərə qarşı bir haqsızlıq olubsa, almanlar da bu haqsızlığa şərikdir”

Sabir Rüstəmxanlı: “1915-ci ildə türk ordusunda yetərincə alman zabiti olub”

“Əgər 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı bir haqsızlıq olubsa, deməli, almanlar da bu haqsızlığa şərik olub”.
Bunu 24saat.org-a açıqlamasında sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib. S.Rüstəmxanlının sözlərinə görə, I Dünya müharibəsi zamanı Osmanlı ordusunun sıralarında yetərincə alman zabiri mövcud olub və bu fakt Almaniyanı da sözügedən haqsızlığa şərik edir:
“Əslində hər kəsə bəllidir ki, nə 1915-ci ildə, nə ondan əvvəl, nə də ondan sonra Osmanlı imperiyası və Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırım və haqsızlıq baş verməyib. Lakin Almaniya belə bir haqsızlığın baş verdiyini iddia edirsə, məntiq bu haqsızlığa Almaniyanın özünün də şərik olduğunu göstərir. Çünki I Dünya müharibəsində Almaniya Türkiyənin müttəfiqi idi. Türk ordusu sıralarında xeyli sayda alman zabiti var idi və onlar da türklərlə eyni səngərdə savaşırdılar. Əgər o zaman ermənilər qarşı hər hansı bri haqsızlıq olubsa, o zaman almanlar da buna şərik olub. Almaniyanın sərgilədiyi mövqedən ortaya çıxan nəticə budur”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button