2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ermənilər 69 girovu pulla geri qaytarıb

Dağlıq Qarabağ münaqişəsi zamanı 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşdüyü, əsir və girov götürüldüyü müəyyən olunub.

APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, 1435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub.

E.Səmədov qeyd edib ki, hazırda dövlət komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır: “Bunlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmayan uşaqlar olub”.

Saytların yığılması Saytlarin yigilmasi

E.Səmədov əlavə edib ki, Ermənistan tərəfindən əsir və girov götürülən Azərbaycan vətəndaşları alver predmetinə çevrilib: “69 nəfər Azərbaycan vətəndaşı böyük miqdarda pul ödənilməklə əsir və girovluqdan azad edilib. Eyni zamanda, 107 nəfər əsirlikdə olarkən məxfi əməkdaşlığa cəlb olunub”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button