2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənilər Ağdam rayonunda yaşayış məntəqələrini atəşə tutub

Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Eyni zamanda düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib”, məlumatda qeyd edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Mətbuat xidməti bildirir ki, dərhal görülmüş cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub, Silahlı Qüvvələrin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur.

Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov isə yerli mediaya deyib ki, erməni tərəfinin minatanlardan atdığı mərmilər rayonun Aşağı Qərvənd, Əhmədağalı və Təzəkənd kəndlərinin əkin sahələrinə düşüb.

Hadisə nəticəsində ev və obyektlərə ziyan dəyməsə də, kəndlərə gedən elektrik xətti sıradan çıxıb.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən ermənilərin mövqelərinin müxtəlif çaplı minaatanlardan atəşə tutulduğunu bildirib.

Rəsmi mənbələr itkilər və dəymiş ziyanla bağlı məlumat verməyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button