2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənilər panikada: Bir bölük məhv edildi – Erməni mediası

atesGecə saatlarından Ermənistan və Azərbaycanın təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində erməni ordusu işğal altında olan Cəbrayıl rayonunda çoxlu sayda itki verib. Erməni tərəfinin bütöv bir bölüyü məhv edilib, 50 nəfərin taleyi məlum deyil, tağımın hüquqşünası ölüb.

Report xəbər verir ki, bu barədə yerli və Rusiya KİV-lərinə, həmçinin bilavasitə hərbi əməliyyatlar zonasında olan və döyüşlərdə iştirak edənlərə istinadən Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hərbi hissələrdən birinin əsgərləri hissəni tam olaraq tərk ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə şahidlərindən birinin verdiyi xəbərə görə, onların olduğu ərazidə çoxlu sayda vurulmuş maşın və 6 nəfərin meyiti olub. Orada olan bütün giriş yolları intensiv artilleriya atəşinə məruz qalır. Yerli hospitaldan verilən məlumata görə, ora 12 yaralı gətirilib ki, onlardan da 5-nin vəziyyəti ağırdır.

KİV-in məlumatına görə, Ermənistan silahlı dəstələri Ağdarə rayonunda təqribən 80 əsgərini itirib. Bu məlumatları Rusiya mətbuatı da təsdiq edir. Rusiya KİV-i bu istiqamətdə çoxlu sayda itkilərin olduğunu yazır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button