2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənilər referenduma qarşı: çaxnaşma olacaq və Azərbaycan Qarabağı azad edəcək

Fevralın 20-də Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma “DQR”-də “konstitusiya islahatları” ilə bağlı referendum keçiriləcək.

Publika.az xəbər verir ki, Ermənistanın özünün belə tanımadığı qondarma “DQR”-də referendum keçirilməsi “prezident institutunun güclənməsi”nə hesablanıb.

Erməni politoloqları “DQR”-də keçiriləcək referendumu müharibə hazırlığı ilə əlaqələndirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Aleksandar İskandaryan deyir ki, Qarabağda yeni müharibə gözləniləndir: “Buna görə də təhlükəsizliyin gücləndirilməsi və cəmiyyətin birləşməsi lazımdır. Aprel müharibəsi böyük dərs oldu”.

Stepan Safaryan da referendumda hakimiyyətin (rejimin – red.) güclənməsi və müharibə şəraitində daha çevik hərəkət edə bilməsi məsələsinin həll ediləcəyini deyib.

Lakin ermənilərin özləri də anlayırlar ki, referendumun heç bir hüquqi əsası olmayacaq. Çünki bu ərazilər beynəlxalq hüquq tərəfindən Azərbaycan əraziləri olaraq tanınıb və orada keçirilən hər hansı seçki, yaxud referendum hüquqi əsas daşımır.

Qarabağdakı ermənilər referenduma şübhəli yanaşırlar və əsasən İrəvan hakimiyyətini tənqid edirlər.

Erməni millətçiliyini dəstəkləyən “daşnaksütyun” partiyasının nümayəndəsi Kiro Manoyan isə hesab edir ki, keçiriləcək referendum “DQR” rejiminin güclənməsinə hesablanıb: “Bu hakimiyyətin bir əldə cəmlənməsi və istədiyini etməyə hesablanmış addımdır”.

O hesab edir ki, “DQR”-də “siyasi idarəçilik” dəyişikliyi münaqişənin həllini çətinləşdirəcək: “Bu daxili çaxnaşmalara da səbəb olacaq. Daxili çaxnaşma isə Qarabağın itirilməsinə (Azərbaycan tərəfindən azad olunmasını nəzərdə tutur – red.) gətirib çıxara bilər”.

O, münaqişənin həlli üçün danışıqlar masasına qayıtmağın vacibliyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button