2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ERMƏNİLƏRİ VAHİMƏYƏ SALAN SİLAHLARIMIZ

Ermənistanın rəhbər şəxsləri, eləcə də ehtiyatda olan general və polkovnikləri cəbhədə gərginlik yaranan kimi Azərbaycanı Rusiya istehsalı olan “İsgəndər” raketləri ilə hədələməyə başlayırlar.
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan hətta bu raketin Bakıya doğru istiqamətlənə biləcəyini də vurğulayıb. Prezident Serj Sarkisyan təmas xəttində gərginlik davam edəcəyi halda “Qarabağ”ı və ordakı əsgərləri qorumaq üçün bütün silah arsenalından istifadə ediləcəyini bildirib:
“Azərbaycan tərəfi belə ciddi şəkildə hücumlara davam edərsə və vəziyyəti genişmiqyaslı müharibəyə gətirib çıxararsa, biz Qarabağı qorumaq üçün sonuna qədər mübarizə aparacaq və əlimizdə olan silah arsenalının hamısından istifadə edəcəyik”.
Qeyd edək ki, Ermənistanın silah arsenalına Rusiya istehsalı olan “İsgəndər” raketləri də daxildir. Mətbuatda yazılan informasiyalara görə, Ermənistan atəş dairəsi 500 kilometr olan son “İsgəndər-M” sistemi ilə yox, daha qısa məsafəli (280-300 kilometr) “İsgəndər-E” kompleksilə təchiz edilib.
İsgəndər raketinin “İsgəndər-M”, “İsgəndər-E”, “İsgəndər-K” variantları mövcuddur. Texnikanın çəkisi 3800 kq, uzunluğu 7,3 metrdir.  Raketin bu növləri içərisində “İsgəndər-M” variantı daha çox təkmilləşdirilib. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur. İstimar müddəti 10 ildir. Raketin hədəfi vurması üçün minimal məsafəsi 50 km, maksimal isə 500 km-ə qədərdir. “İsgəndər-M”-in digər özəlliyi isə raket start anından etibarən düz istiqamətdə deyil, qarışıq şəkildə və ziqzaqvari hərəkət edir. Bu da onun radara düşmə ehtimalını daha da azaldır”.
Bəs Azərbaycanın “İsgəndər” raketini, eləcə də düşmənin digər texnikalarını məhv etmək üçün əldə etdiyi silahlar hansılardır?
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bizdə “İsgəndər”dən də güclü İsrail istehsalı olan “Dəmir Günbəz” var. Daha sonra, Türkiyə istehsalı olan “Qasırğa”mız var. Çəkinməyə və narahat olmağa heç bir əsas yoxdur”. Prezident Pakistanda keçirdiyi görüşlərdə də bir daha bəyan etdi ki, müdafiə və təhlükəsizliyimiz üçün nə lazımdırsa, onu alacağıq. Ermənilər nə qədər danışsalar, nə qədər ruslar onlara dəstək versələr də, bunun xeyri yoxdur. Azərbaycanın mövqeyi qətidir. Azərbaycan Silahlı Qüvvələri ən müasir və sonuncu nəsil silahları alıb, alır, bundan sonra da alacaq”.

Türkiyə istehsalı olan “Qasırğa” raketi:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button