2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ermənilərin atəşkəsi pozması nəticəsində biri uşaq olmaqla daha iki mülki şəxsi yaralanıb

esger7Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb. 
APA-nın Qarabağ bürosunun xəbərinə görə,  ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.
Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü  Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button